Icma.az
close
up
RU
“Mehdiyev işi”ndə ŞOK gəlişmə üç məşhurun həbsi gözlənir: Rusiya detalı

“Mehdiyev işi”ndə ŞOK gəlişmə üç məşhurun həbsi gözlənir: Rusiya detalı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ətrafında baş verən son proseslər radikal müxalifətin fəaliyyətini yenidən gündəmə gətirib.

Mətbuatda dərc olunan materiallarda iddia olunur ki, bu şəxslərin və rəhbərlik etdikləri qurumların fəaliyyətində dövlətçilik maraqlarına zidd məqamlar var.

Onların xarici dairələrlə qaranlıq əlaqələri və müxtəlif maliyyə maxinasiyalarına yol vermələri artıq hüququn predmetinə çevrilib. Bu iddiaların ardıcıl şəkildə gündəmə gəlməsi radikal müxalifət daxilindəki qrupların fəaliyyətinin daha geniş şəkildə təftiş olunması zəruri edir.

Müzakirələr yalnız Əli Kərimlinin Ramiz Mehdiyevlə əlaqələri ilə məhdudlaşmır. AXCP-Müsavat xətti və bu siyasi cəbhənin müxtəlif nümayəndələrinin fəaliyyəti də son günlər daha çox diqqət mərkəzinə çəkilir. Müsavat Partiyasının rəhbərliyində yer almış bəzi şəxslərin də barəsində ittihamlar, iddialar özünü göstərir.

Belə ki, Müsavat Partiyası və onun indiki başqanı İsa Qəmbər, partiyanın Məclis sədri Arif Hacılı barədə mediada müxtəlif yazılar dərc olunur. İddialara görə, İsa Qəmbər uzun illər öncədən xarici kəşfiyyat strukturları ilə əlaqədə olub. Arif Hacılı isə mühacir alverində iştirakda ittiham edilir. Eyni zamanda, Milli Şuranın sədri Cəmil Həsənlinin də adı bu müzakirələrdə hallanır. İstər xarici təsir mexanizmləri, istərsə də “mühacir alveri” kimi qeyd olunan fəaliyyətlər bu siyasi dairələr haqqında daha geniş hüquqi və institusional araşdırmalara ehtiyac olduğunu göstərir.

Görəsən, radikal müxalifətin uzun illər ərzində formalaşan fəaliyyət istiqamətləri tam şəkildə araşdırılacaqmı? Araşdırmalar həbslə, yoxsa başqa hüquqi proseduralarla yekunlaşacaq?

Vətən müharibəsindən sonra Azərbaycanın daxilində və regionda yaranmış reallıqlar dövləti bir sıra addımlar atmağa vadar edib. Bu addımların biri də illərdir ölkə içində dövlətə qarşı təşkilatlanmış bəzi qruplaşmaları neytrallaşdırmaqdır. Siyasi partiyalarda, bəzi QHT və media subyektlərində özlərini gizlətmiş, gerçək mahiyyətlərini maskalamış qruplarla, ayrı-ayrı ölkələrə bağlı olduğu deyilən şəxslərlə dövlət qanunun sərt dili ilə danışmaq xəttini seçmək məcburiyyətində qalıb.

Ramiz Mehdiyevin barəsində seçilən həbs qərarı ortaya çox ciddi məlumatlar çıxardı. Azərbaycanda hakimiyyət çevrilişinə hazırlaşan mütəşəkkil dəstənin olduğu bilindi. Bu dəstənin üzdə müxalifətin radikal qanadı ilə Mehdiyevçi qrupdan ibarət olduğu deyilsə də, daha dərinə işlədiyi haqda məlumatlar dolaşır. Artıq yayılan məlumatda deyilir ki, Əli Kərimli, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə gizli ittifaq qurub. Bu şəxslərin dövlətə qarşı revanşist və intiqamçı əhvalda olması kimsəyə sirr deyil.

Bu siyahıya Müsavat Partiyasının başqanı İsa Qəmbərin, partiyanın Məclis sədri Arif Hacılının, Milli Şura sədri Cəmil Həsənlinin adlarının əlavə edilməsi isə prosesə yeni rəng qatıb. Hər üç siyasətçinin şəxsində yeni həbslərin olacağına dair gözləntilərin olduğu deyilir. Artıq sosial şəbəkələrdə, saytlarda İ.Qəmbər, A.Hacılı barədə yazılar yayımlanır. Onların xarici xüsusi xidmət orqanları ilə əlaqələrindən, mühacir alverində iştiraklarından bəhs edilir. Kifayət qədər ağır ittihamlardır. Sübut olunsa, uzunmüddətli həbsə məhkum edilə bilərlər.

Adətən bu cür yazılardan sonra həbslər olur. Mümkündür ki, yaxın günlərdə İsa Qəmbər, Arif Hacılı və Cəmil Həsənli saxlanılsın.

Bunun ardınca isə AXCP ilə Müsavatın dövlət qeydiyyatı ləğv oluna, fəaliyyətləri qadağan edilə bilər. Bu tədbirlər yalnız Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və s. bağlı deyil. Mümkündür ki, bu sərt addım sözügedən şəxslərin və təşkilatların Mehdiyevçi klanla əlaqələrini tamamilə kəsmək üçün atılsın. Yəni son hadisələr əslində müxalifətə, ayrı-ayrı şəxslərə qarşı yox, dövlətin əleyhinə təşkilatlanmış, üstəlik Rusiyaya, İrana, başqa xarici qüvvələrə bağlı bir və ya bir neçə qrupun zərərsizləşdirilməsi prosedura da ola bilər.

Xatırladaq ki, “Ramiz Mehdiyev işi”ndə baş nazirin sabiq 1-ci müavini, Rusiyada yaşayan Abbas Abbasovun da adı hallanıb. Onun 2012-2013-cü illərdə Rusiyada qurulan və Bakıya qarşı təsir mexanizmi halını almış “Milyarderlər İttifaqı”nda əsas fiqur olduğu məlumdur. Bu “ittifaq” sonradan Bakıda Milli Şura formatında təzahür etdi. Təşkilatın sədri vəzifəsinə “Milyarderlər İttifaqı”nda yer almış Rüstəm İbrahimbəyov gətirildi. O, 2013-cü ildə keçirilən prezident seçkisində Milli Şuranın vahid namizədi kimi cəmiyyətə təqdim edilsə də, R.İbrahimbəyov ssenaridən kənara çıxdı və bu roldan son anda imtina etdi. Onun əvəzinə vahid namizəd kimi seçkiyə Cəmil Həsənli qatıldı.

Son 3 ayda baş verənlər fonunda ortaya çıxan mənzərədən aydın olur ki, Azərbaycan dövlətinə qarşı xain plan olub. Bu plan hardasa 15 ildir mövcuddur.

Aydın Aslan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri