Icma.az
close
up
RU
Mehdiyev klanının İKİNCİ ADAMI eks spiker həbs oluna bilər

Mehdiyev klanının İKİNCİ ADAMI eks spiker həbs oluna bilər

Icma.az bildirir, Bakupost portalına istinadən.


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barədə aparılan istintaq çərçivəsində yeni adların üzə çıxdığı iddia olunur. Etibarlı, lakin hələlik rəsmi təsdiqlənməmiş mənbələrin məlumatına görə, istintaq orqanları Mehdiyevin ətrafında formalaşdığı iddia edilən siyasi dairənin strukturu və üzvlərini araşdırır. Həmin dairədə ən diqqət çəkən şəxslərdən birinin də Azərbaycanın sabiq Milli Məclis sədri Oqtay Əsədov olduğu bildirilir. Bəzi iddialara görə o, Mehdiyevin xəyanət kadrosunun İKİNCİ SİMAsıdır.

Bakupost müsavat.com-a istinadən xəbər verir ki, Mehdiyevin barəsində irəli sürülən “dövlət çevrilişinə cəhd”, “dövlətə xəyanət”, habelə “külli miqdarda vəsaitin mənimsənilməsi və leqallaşdırılması” kimi ağır ittihamlar çərçivəsində aparılan araşdırmalar, təkcə onun şəxsi fəaliyyətini deyil, eyni zamanda mümkün təşkilatlanmış qrup modelini də araşdırmağa yönəlib. Hüquq mühafizə orqanlarının versiyasına görə, belə ittihamlar tək nəfərlə həyata keçirilə bilməz, bu isə ətrafda koordinasiyalı siyasi şəbəkənin mövcudluğu ehtimalını gücləndirir.
İddia edilən “Dövlət Şurası” modeli
İstintaq materiallarında yer alan və mətbuata sızan sənədlərdə, Ramiz Mehdiyevin ölkədə yeni idarəçilik modeli – Prezidentlik institutunun zəiflədilməsi və 7 il müddətinə fəaliyyət göstərəcək “Dövlət Şurası”nın yaradılması layihəsini hazırladığı göstərilir. Sənədlərdə bu şurada 50 nəfərlik tərkibin formalaşdırılması nəzərdə tutulurdu.
Mənbələrin bildirdiyinə görə, Oqtay Əsədovun adı həmin potensial siyahıda “ikinci ən önəmli fiqur” kimi keçir.
Bu məlumat rəsmi strukturlar tərəfindən nə təsdiqlənib, nə də təkzib olunub.

Oqtay Əsədov – Moskva körpüsü
Azərbaycan informasiya məkanında artıq uzun müddətdir ki, Oqtay Əsədovun Rusiyada geniş biznes şəbəkəsinə malik olduğu ilə bağlı məlumatlar yayılır. Bu iddialara görə, keçmiş spikerin Rusiya inşaat sektoru, enerji və logistika dairələri ilə sıx əlaqələri mövcuddur və bu əlaqələr onun Moskva siyasi dairələrində tanınmasına səbəb olub.
Həmçinin mediada, Əsədovun ailə üzvlərinin də Moskva və Sankt-Peterburqda müxtəlif kommersiya layihələri idarə etdiyi qeyd edilir. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, ictimai-siyasi diskursda geniş müzakirə mövzusu olaraq qalır. İddialar Əsədovlar ailəsi tərəfindən təkzib olunmayıb.
Başqa məlumatlara görə, Mehdiyev şəbəkəsində adı çəkilən digər fiqurlardan biri də iş adamı və sabiq deputat Əsabil Qasımovdur. Onun da Rusiyada olduqca geniş maliyyə fəaliyyətinə malik olduğu bildirilir. Bu məsələ ilə bağlı növbəti yazılarda daha geniş məlumat təqdim olunacaq.
Hazırda rəsmi strukturlar nə Oqtay Əsədov, nə də sadalanan digər şəxslərlə bağlı istintaq tədbirlərinə dair açıqlama vermir. Lakin Mehdiyevin özünün və ailə üzvlərinin yayılmış məlumatları təkzib etməməsi, hüquqi müdafiə komandasının isə tam susqunluq mövqeyi tutması prosesin ciddiliyini təsdiqləyir. Müşahidəçilər bildirirlər ki, gələn həftədən – bayram tətili başa çatdıqdan sonra – istintaqın yeni mərhələyə keçməsi və sensasiyalı həbslərin baş verməsi ehtimalı yüksəkdir.

Bizdən böyük pullar istəyirlər” — Oqtay Əsədov
Sonda obyektivlik naminə bildirək ki, Oqtay Əsədovun siyasi yolu Ramiz Mehdiyevlə münasibətlərində müxtəlif mərhələlərdən keçib. 2005-ci ildə spiker seçildiyi ilk illərdə Əsədov, Prezident Administrasiyasının rəhbəri olmasına baxmayaraq, Ramiz Mehdiyevi “saymamış”, onun kabinetə çağırılma tələblərini qəbul etməmiş və siyasi davranışda müstəqil mövqe nümayiş etdirmişdi. Lakin sonrakı illərdə münasibətlər tədricən yaxınlaşmış, xüsusilə 2020-ci ildə spikerlikdən ayrıldıqdan sonra Əsədov Elmlər Akademiyasının prezidenti vəzifəsini daşıyan Mehdiyevlə tez-tez görüşməyə başlamış, Akademiyanın binasında dəfələrlə onun kabinetinə getmişdir. İddialara görə, məhz həmin dövr ərzində iki fiqur arasında siyasi koordinasiya xətti formalaşıb.
Oqtay Əsədov 1955-ci ildə anadan olub, su və sənaye-kommunal təsərrüfatı sektorunda fəaliyyət göstərib, uzun müddət “Azərsu” ASC-nin rəhbəri vəzifəsində çalışıb. 2005-ci ildən 2020-ci ilədək Milli Məclisin sədri olub. Onun siyasi karyerası boyunca “texnokrat” və “şəbəkə qurucusu olmayan fiqur” kimi təqdim edilməsi indi istintaq iddiaları fonunda yenidən qiymətləndirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Noyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri