Icma.az
close
up
RU
“Mehdiyevə görə deputat mandatım əlimdən alındı”

“Mehdiyevə görə deputat mandatım əlimdən alındı”

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ramiz Mehdiyevin mənə etdiyi, bəlkə də etdiyi pisliklər arasında dəryada bir damla olub, amma edib.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz yazıb. O bildirib ki, əvvəllər də bu haqda yazıb:

“20 il bundan öncə, 2005-ci ilin elə bu vaxtlarında Balakəndə parlament seçkilərilə bağlı seçki kampaniyası keçirirdik.
Deputat seçilmək şansım çox yüksək idi. Hər şey əlaydı. Əsas alternativim də Rəbiyyət Aslanova idi. Ramiz Mehdiyevin ən yaxın adamı hesab olunurdu. Mənə namziədliyimi geri götürməyimlə bağlı təkliflər olsa da qəti imtina etmişdim.

Əvvəldən də buradan deputat olan bu xanım heç seçicilərlə görüşlər belə keçirə bilmədi.
Seçkiyə az qalmış ATƏT, hətta PA-dan gəlmiş sorğu keçirənlər mənim deputat olaraq seçilməyimi təbrik edirdilər.

Elə həmin arada xəbər çıxdı ki, rayonun icra başçısını Ramiz Mehdiyev Bakıya çağırıb. Seçkiyə təxminən bir neçə gün qalmışdı. İcra başçısı Bakıdan qayıdan anda hər şey dəyişdi.
Rayonda ciddi gərginlik yarandı. Mənim adımın seçki bülletenində olmasının ciddi nəticələr verəcəyini düşünərək Dairə Seçki Komissiyası, təbii ki yuxarıdan əmrlə mənim namizədliyimin ləğvinə qərar verdi. Motiv də bu oldu ki, mənim kənddə olan hansısa bir nümayəndəm seçicini ələ alıbmış.

Ali Məhkəmədən çağırış gəldi və 5 dəqiqəlik məhkəmə ilə namizədliyim ləğv edildi.

On minlərlə Balakən seçicisinin iradəsinə zidd olaraq Rəbiyyət Aslanova üçün (oğlu da o dövrdə Ramiz Mehdiyevin köməkçisi idi) rəqabətsiz seçki mühiti yaradıldı və sonra da deputat təyin edildi.
Beləcə, mənim deputat mandatım, seçicilərimin səsi, iradəsi əlindən alındı.
Baxmayaraq ki, sonradan məhkəmədə üzə duranların bir çoxunun notarial təsdiqlə izahatları oldu ki, bu qurama işdən xəbərləri yoxdur. Amma artıq məsələ həll olunmuşdu”.

O. Gündüz bildirib ki, indi isə baş verən bütün bu tip ədalətsizliklər, qanunsuzlar və saxtakarlıqlar üçün Ramiz Mehdiyevin hesabat vermək məqamı yetişib:

“Əminəm ki o zaman xeyli əziyyət çəkən seçki komandam, bizə dəstək verənlər, bütün Balakən seçiciləri də indi ədalətin zəfər çalmasından məmnundurlar.
Gec olsa da”.

Gülşən Rəsul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri