Icma.az
close
up
RU
Mehdiyevin ailəsi ilə bağlı müəmma: əmlak və mükafatları... Açıqlama

Mehdiyevin ailəsi ilə bağlı müəmma: əmlak və mükafatları... Açıqlama

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı yayılan xəbərlər bir sıra suallar doğurub. Xüsusilə də özü və ailə üzvlərinin əmlakları, onlara verilən mükafatların taleyi müzakirə yaradıb.

Mehdiyevin barəsində aparılan hüquqi prosedurlar onun yaxınlarına da təsir göstərə bilərmi? Onların mülkiyyətinə və ya təltiflərinə hüquqi baxımdan hər hansı müdaxilə mümkündürmü?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, hər kəs yalnız öz əməllərinə görə məsuliyyət daşıyır:

“Ramiz Mehdiyevin həyat yoldaşı və digər qohumlarının barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, onların təltifləri ləğv oluna bilməz. Yalnız həmin şəxslərin də konkret cinayət əməllərində iştirakı sübuta yetirilərsə, digər məsələlər yenidən qiymətləndirilə bilər. Amma hazırda yalnız Ramiz Mehdiyevin məsuliyyətindən söhbət gedir, onun qohumlarının cəzalandırılması hüquqi əsas olmadan mümkün deyil”.

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, ittihamlar arasında iqtisadi xarakterli cinayətlər də yer alır:

“Əgər sübut olunsa ki, hər hansı əmlak qanunsuz, cinayət yolu ilə əldə olunub və başqa şəxsin, o cümlədən qohumunun adına rəsmiləşdirilib, onun məhkəmə qərarı ilə müsadirə olunması mümkündür. Bu, yalnız qanunsuz yolla əldə olunmuş əmlaka şamil olunur və faktlarla təsdiqlənməlidir. Ramiz Mehdiyevin törətdiyi cinayətlərə görə onun ailə üzvləri və qohumları yalnız bir halda məsuliyyət daşıya bilərlər: onların da həmin cinayətlərdə iştirakı konkret sübut edilməlidir. Əks halda, həmin kəslərin hüquqları, o cümlədən təltifləri toxunulmaz qalır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri