Icma.az
close
up
RU
Mehdiyevin gəlini ilə bağlı mühüm xəbər Gözlənilən qərar...

Mehdiyevin gəlini ilə bağlı mühüm xəbər Gözlənilən qərar...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun “Bank BTB ASC”nin bağlanması ehtimalına reaksiyası diqqət çəkib. O bildirib ki, hazırda sözügedən bank AMB-nin tələblərinə cavab verir və dayanıqlıdır. Digər tərəfdən, “Bank BTB” bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub və bu,  ötən ilin eyni dövrünə nisbətən 30 faiz çoxdur. Paralel olaraq, bankın səhmlərinin 76.74 faizi Nigar Mehdiyevaya, yəni Ramiz Mehdiyevin gəlininə məxsus olduğu əksəriyyətə bəllidir. 

Ramiz Mehdiyevlə bağlı son hadisələr bankın dayanıqlığına təsir edə bilərmi?  Bank hansı halda bağlana bilər? Rəsmi açıqlama Mehdiyevin ailəsinə məxsus bankın etibarına təsir edəcək?

Globalinfo.az-a danışan REAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, Azərbaycanda zaman-zaman zəif və problemli bankların bağlanması halları müşahidə olunur:

Natiq Cəfərli

“Bank BTB” ilə bağlı da gələcəkdə bu cür qərarın verilməsi təəccüblü olmaz. Hazırda bank AMB-nin müəyyən etdiyi tələblərə uyğundursa, qurum müştərilərin mənafeyini, depozitləri və kreditləri nəzərə alaraq hər hansı addım atmaqdan çəkinə bilər. Lakin gələcəkdə bankın fəaliyyəti ilə bağlı ciddi problemlər yaranarsa, AMB-nin onun lisenziyası barədə qərar qəbul etməsi mümkündür. Məhkəmə qərarı olmadan mülkiyyət dəyişdirilə bilməz. Buna görə də istintaqın gedişatını izləmək vacibdir. Mehdiyevlərin əmlakı ilə bağlı məsələlərin hansı həddə araşdırılacağı da bunun nəticələrindən asılı olacaq. Ümumilikdə, gələcəkdə bu istiqamətdə qərarların verilməsi istisna deyil”.

Hüquqşünas, iqtisadçı Əkrəm Həsənov isə qeyd edib ki, bankın Ramiz Mehdiyevin ailəsinə məxsusluğu onun mütləq bağlanılmalı olduğu mənasına gəlmir:

Əkrəm Həsənov

“Bankın qanunsuz vəsait hesabına əldə edildiyi sübut olunarsa, o zaman məhkəmə qərarı ilə əmlak kimi müsadirə edilərək hərraca çıxarılır. Belə halda digər şəxs bankı satın ala bilər. Lakin bu, bankın bağlanması üçün əsas sayılmır. Eyni zamanda, bankın zərərlə işləməsi də onun fəaliyyətinin dayandırılması üçün səbəb deyil. Əgər bank AMB-nin kapital adekvatlığı və digər tələblərinə riayət edirsə, zərərlə işləməyə davam edə bilər. Çünki bu, onun daxili maliyyə problemidir və bağlanma üçün əsas yaratmır”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri