Icma.az
close
up
RU
Mehdiyevlərə məxsus şirkətdə 31 minlik “xərc”: yalnız bu sənəd verilib FOTO

Mehdiyevlərə məxsus şirkətdə 31 minlik “xərc”: yalnız bu sənəd verilib FOTO

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətəndaş Əliyev Bəhruz Şahmurad oğlunun “BTB LEASING” ASC-nin vəzifəli şəxsi tərəfindən aldadılaraq xeyli miqdarda pulunun ələ keçirilməsi haqda məlumat vermişdik.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, vətəndaş aldadılması ilə bağlı prokurorluğa da müraciət edib.

Bəhruz Əliyev müraciətində bildirirdi ki, xeyli miqdarda vəsaiti şirkət tərəfindən heç bir rəsmi sənəd təqdim edilmədən ələ keçirilib. Bəhruz Əliyev 2025-ci ilin yanvar ayında kredit götürmək üçün “BTB LEASING” ASC-yə müraciət edib. Mənzili girov qoyaraq kredit götürüb.

Girov qoyulan mənzil qardaşına məxsus olub. Kredit isə onun qaynının adına rəsmiləşdirilib. Rəsmi sənədlərdə 151.800 manat pul vəsaitinin lizinq alana verildiyi göstərilib. Lakin lizinq şirkətindən vətəndaşa ümumilikdə 120 min manat pul verilib.

Vətəndaş ASC-yə müraciət etdikdə vəzifəli şəxslər qalan 31.800 manatın sənədləşmə üçün xərclərə sərf olunduğunu bildiriblər.

Bəhruz Əliyevin sözlərinə görə, həmin xərclərlə bağlı onlara hər hansı sənəd təqdim olunmayıb: “İddia edilən xərclərlə bağlı bizə sadəcə şirkətin müdir müavini vəzifəsində işləyən Vüsal Nəsibovun əl ilə yazılmış qeyd vərəqəsi təqdim olunub.

Həmin qeyd vərəqəsindəki xərclərin ümumi cəmi belə 31.800 manat etmir. Etsə belə, orada qeyd olunan “Kasko gözləyən 3%” qeydinə görə tutulan 8.050 manat pul vəsaiti tamamilə bizim iradəmizdən kənar olub və bu barədə məlumatlandırılmamışıq. Məsələ ilə bağlı Vüsal Nəsibova dəfələrlə müraciət etmişik. Kobud rəftarla üzləşmişik. Dəfələrlə müraciət olunduqdan sonra bizə cəmi 6 min manat pul qaytarılıb. Qalan məbləği qaytarmaqdan imtina edirlər. Haqlı idilərsə, 6 min manatı geri niyə qaytarırdılar? Deməli, bu məbləğ qanunsuz olaraq tutulub. Vüsal Nəsibov “bizdə sistem belə işləyir, sizə əlavə pul verilməyəcək” deyir. Vüsal Nəsibov deyir ki, bu şirkətin sahibinə görə onlara heç kim müdaxilə edə bilmir”.

Bəhruz Əliyevə xərclərlə bağlı Vüsal Nəsibov tərəfindən verilən qeyd kağızını təqdim edirik.

Həmçinin məlum olub ki, kasko sığorta üçün min ödəniş alınsa da bununla da bağlı heç bir rəsmi sənəd mövcud deyil.

Xatırladaq ki, adı çəkilən lizinq şirkəti ilə bağlı bu, ilk problemli məsələ deyil. Daha əvvəl şirkətin Hüquq Departamentinin müdiri Ceyhun Əli-Zadə vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib.

Bildirək ki, adı çəkilən lizinq şirkəti 2017-ci ildə səhmlərinin 74,98%-i Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına məxsus “Bank BTB” ASC tərəfindən yaradılıb.

Vüsal Nəsibov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri