Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Məhəmməd Əfəndiyev. Məktəb anketindən Harvarda qədər: “Mən kiməm?” sualı ilə başlayan yol

Məhəmməd Əfəndiyev. Məktəb anketindən Harvarda qədər: “Mən kiməm?” sualı ilə başlayan yol

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 iyul, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC xaricdə nüfuzlu universitetlərdə təhsil alan azərbaycanlı tələbələr haqqında silsilə təqdimatlara davam edir. Bu dəfəki həmsöhbətimiz dünyanın ən nüfuzlu təhsil müəssisələrindən biri olan Harvard Biznes Məktəbinin (Harvard Business School, HBS) məzunu Məhəmməd Əfəndiyevdir.

Məhəmməd Bakıda doğulub və orta təhsilini Bakı Türk Liseyində alıb. Riyaziyyata olan sevgisi ona atasından keçib. Uşaqlıqda məntiqi məsələlər üzərində düşünmək vərdişi, sonradan onu biznes analitikasına və beynəlxalq imtahanlara hazırlığa yönəldib. YÖS və SAT imtahanlarına hazırlaşmaq onun analitik düşüncə tərzini və məqsədyönlülüyünü gücləndirib.

“Mən bu imtahanlara hazırlaşarkən anladım ki, məntiq və riyaziyyat təkcə akademik deyil, həm də şəxsi inkişafımda vacib rol oynayır”, – deyə Məhəmməd xatırlayır.

Gənc yaşlarında peşə seçmək çətin olsa da, Məhəmmədin qarşısında düzgün istiqaməti göstərən mentorları, müəllimləri və valideynləri olub. Məktəbdə keçirilən karyerayönümlü testlər onun biznes sahəsinə meyilli olduğunu göstərib. Bu nəticələr şəxsi maraqları ilə üst-üstə düşərək onu idarəetmə sahəsinə yönəldib.

“İdarəetmə mənim üçün, ilk növbədə, məsuliyyətdir – cəmiyyətə təsir göstərmək, strateji qərarlar qəbul etmək və gələcəyə töhfə vermək məsuliyyəti”, – deyə o vurğulayır.

Məhəmməd ali təhsilini Türkiyənin aparıcı universitetlərindən biri olan Bilkent Universitetində alıb. Burada qazandığı akademik baza ona gələcək uğurları üçün möhkəm təməl olub. O bildirir ki, Bilkent Universitetinin Biznes fakültəsi AACSB beynəlxalq akkreditasiyasına malik idi. Bu isə onun üçün təhsil keyfiyyətinin və qlobal standartlara uyğunluğunun göstəricisi idi.

“Universiteti seçərkən fakültənin akademik heyətini, məzunlarının karyera nailiyyətlərini və təhsil proqramının beynəlxalq nüfuzunu diqqətlə araşdırmışdım”, – deyə Məhəmməd qeyd edir.

Bakalavr təhsilindən sonra Məhəmməd Azərbaycan Respublikası Prezidentinin “Xaricdə Təhsilə Dəstək Dövlət Proqramı” çərçivəsində Harvard Biznes Məktəbinin MBA proqramına qəbul olunub.

Harvard Biznes Məktəbində təhsil case method – real biznes situasiyalarının təhlili əsasında qurulub. Bu metod tələbələrin yalnız nəzəri deyil, həm də praktiki və sosial bacarıqlarını inkişaf etdirir. Məhəmmədin fikrincə, ABŞ və Azərbaycan təhsil sistemləri arasında əsas fərq tələbənin müstəqilliyinə və şəxsi təşəbbüsünə verilən dəyərdir.

“ABŞ-da dərslər interaktiv keçir, fikir müxtəlifliyi təşviq olunur. Qiymətləndirmə isə sadəcə imtahan nəticələri ilə deyil, həm də prosesdə aktiv iştirakla ölçülür”, – deyə o izah edir.

Türkiyə və ABŞ arasında təhsil fərqlərinə toxunan Məhəmməd qeyd edir ki, Türkiyədə təhsil daha ciddi nizam-intizam və yüksək temp üzərində qurulub. ABŞ-da isə daha çevik, sərbəst və fərdi yanaşma üstünlük təşkil edir.

Harvardda oxuduğu müddətdə Məhəmməd həmkarlarına Azərbaycanın zəngin mədəniyyəti haqqında danışmağa missiya kimi baxıb. “Sarı gəlin” mahnısı və şah-plov onun dostları arasında böyük maraq doğurub və bayramlarda tez-tez birlikdə bişirilərək sevilən bir ənənəyə çevrilib.

Məhəmmədin sözlərinə görə, Harvard təhsili sadəcə bilik qazanmaq deyil, həm də liderlik, sosial məsuliyyət və qlobal baxış kimi dəyərləri mənimsəmək deməkdir. Tələbələrin fərdi inkişafına yönəlmiş mentorluq proqramları, karyera dəstəyi və beynəlxalq mühit burada əsas üstünlüklərdəndir.

“Burada 70-dən çox ölkədən gələn tələbələrlə oxumaq mənə müxtəlif perspektivlərə açıq olmağı və fərqlilikləri güc kimi qəbul etməyi öyrətdi”, – deyə o qeyd edir.

Peşəkar fəaliyyətinə “Rönesans Holding”də başlayan Məhəmməd burada dövlət-özəl tərəfdaşlığı çərçivəsində infrastruktur layihələrinin maliyyələşdirilməsində iştirak edib. Daha sonra “McKinsey & Company”nin Azərbaycan nümayəndəliyində strateji məsləhətçi kimi çalışıb.

Bu iki fərqli sahənin – infrastruktur və strateji konsaltinqin qovşağında o, həm texniki, həm də analitik bacarıqları birləşdirən çoxşaxəli yanaşma formalaşdırıb.

ABŞ-da onu ən çox təəccübləndirən məsələlərdən biri geniş yayılmış self-service (özünəxidmət) mədəniyyəti olub. Məhəmməd qeyd edir ki, amerikalılar bir çox gündəlik işi – mebel yığmaqdan tutmuş, texniki təmirə qədər özləri görürlər. Bu isə şəxsi təşəbbüskarlığı və praktiki bacarıqları önə çıxarır.

Məhəmmədin sözlərinə görə, xaricdə qazanılan bilik və təcrübənin əsl dəyəri vətənə qayıtdıqda, real təşəbbüslər vasitəsilə üzə çıxmalıdır. O, gələcəkdə azərbaycanlı tələbələr üçün mentorluq platforması qurmağı və onların qlobal təhsil imkanlarından effektiv istifadə etməsinə yardım etməyi planlaşdırır.

Harvarddakı kurs yoldaşı Maykl ilə birlikdə ABŞ və Azərbaycan arasında strateji əməkdaşlığı hədəfləyən təşəbbüs üzərində də işləyir. Layihənin məqsədi yalnız iqtisadi deyil, həm də sosial dəyər yaratmaqdır.

“Bir çox gənclər Dövlət Proqramına müraciət etməzdən əvvəl özlərini uyğun görmür və cəhd belə etmirlər. Halbuki bu proqram müxtəlif bacarıqları olan gənclər üçün açıqdır. Sadəcə cəhd etmək, məsuliyyətlə yanaşmaq və addım atmaq lazımdır”, – deyə Məhəmməd bildirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri