Icma.az
close
up
RU
Məhkəmə: Aktuallığını itirmiş xəbərin silinməsi tələb oluna bilər

Məhkəmə: Aktuallığını itirmiş xəbərin silinməsi tələb oluna bilər

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ali Məhkəmə ilk dəfə beynəlxalq təcrübədə istifadə edilən unudulmaq hüququnun izahını verib.

Bu barədə APA-ya Ali Məhkəmədən məlumat verilib.

Məlumata görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində tanıyıb. Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum Qərarında bu hüquqla bağlı yeni mühüm mövqelər sərgiləyib.

Unudulmaq hüququ nədir?

Qeyd olunub ki, unudulmaq hüququ - rəqəmsal platformalarda əvəllər yayılmış fiziki və hüquqi şəxsin mənafeyinə mənfi təsir edən ictimaiyyətə açıq məlumatların (mətn, səs, görüntü və s.) sonradan dövlət və ictimai maraq baxımından hər hansı əhəmiyyət kəsb etməməsi və ya aktuallığını itirməsi səbəbi ilə silinməsini, anonimləşdirilməsini, gizlədilməsini, arxivləşdirilməsini və ya həmin məlumatlara əlçatanlığın məhdudlaşdırılması ilə bağlı digər hərəkətlərin edilməsini tələb etmək hüququnu nəzərdə tutur: “Bəzi məlumatlar (təsvir, səs, yazılı və ya şifahi çıxış mətnləri və sair) dövlət və ictimai mənafe baxımından yayıla bilər, öz aktuallığı ilə cəmiyyətin gündəmində, legitim maraq dairəsində ola bilər. Belə məlumatların yayılması qanunidir, şəxsin razılığının olub-olmaması, özü və ya başqa şəxs tərəfindən yayılmasının heç bir əhəmiyyəti yoxdur. Belə olan halda şəxs neqativ məlumatların onun mənafeyinə mənfi təsir etməsinə baxmayaraq, istədiyi vaxt onların düzəldilməsini, silinməsini tələb edə bilmir.

Ali Məhkəmənin mövqeyinə görə, bu hal sonsuza qədər davam edə bilməz və ictimaiyyətə açıq belə məlumatlar yayıldıqdan sonra müəyyən şərtlər daxilində şəxsin unudulmaq hüququ yarana bilər.

Belə ki, həmin məlumatların yayılmasının üzərindən müəyyən müddət keçdikdən sonra, məlumat köhnələrsə, öz aktuallığını itirərsə, artıq dövlət və ictimaiyyət üçün maraqlı olmazsa şəxs bu barədə tələb irəli sürə bilər. Lakin belə tələblərin təmin olunması üçün məlumat rəqəmsal platformada yayılmış olmalıdır və şəxs məlumatın hələ də onun mənafeyinə zidd olmasını sübuta yetirməlidir.

Məlumatların aktuallığının itirilməsi əvvəllər cəmiyyətin gündəmində olan informasiyanın köhnəlməsi səbəbindən iddianın qaldırıldığı zaman cəmiyyət üçün artıq hər hansı maraq və əhəmiyyət daşımamasıdır.

Belə neqativ məlumatların silinməsini tələb edən şəxslər müxtəlif münasibətlər daxilində (məsələn, iş axtararkən və ya biznes münasibətlərində) özlərinin keçmiş hərəkətləri və ya publik çıxışları ilə ömürlük üz-üzə qalmaq istəmirlər. Lakin tələb irəli sürdükləri halda, mənafelərinə olan neqativ təsiri əsaslandırmalı və sübut etməlidirlər.

Məsələn, tanınmış musiqiçi tərəfindən 2020-ci ildə mediada əri ilə münasibətlərinin xəyanət səbəbi ilə pozulması barədə verdiyi müsahibənin sonradan uşaqlarının mənafeyi baxımından informasiya resurslarından silinməsinin tələb edilməsi və ya fərdi sahibkarın 2010- cu ildə vergidən yayınması barədə mediada qanunauyğun şəkildə dərc olunmuş və onun işgüzar nüfuzuna mənfi təsir edən məlumatın vergi borcunun ödənildiyinə görə artıq ictimai maraq kəsb etməməsi səbəbindən sonradan informasiya resurlarından silinməsinin tələb edilməsi.

Şəxsin ölümündən sonra onun yaxınının da unudulmaq hüququ yaranır. Bu zaman həmin məlumatın iddiaçı ilə yanaşı, vəfat etmiş şəxsin sağlığında onun mənafeyinə də mənfi təsir etdiyi müəyyən olunmalıdır”.

Unudulmaq hüququ fiziki şəxslərlə yanaşı hüquqi şəxslərə də aid olunur

Bildirilib ki, unudulmaq hüququ yalnız fiziki şəxslərə məxsus olmamaqla, həm də hüquqi şəxslərə aid qeyri-əmlak hüququ sayılır: “Məsələn, hüquqi şəxsin istehsal etdiyi malın qüsurlu olmasına dair mətbuatda 5 il əvvəl yayılmış məlumatın silinməsinin tələb edilməsi.

İddia tələbləri bu məlumatların yerləşdirildiyi operatorlara, o cümlədən onlayn rəqəmsal platformalara, media subyektlərinə qarşı qaldırılmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Fevral 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri