Məhkəmə “Crocus” terroru ilə bağlı saxlanılan şəxsin mənzilinə və avtomobilinə həbs qoydu KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalında törədilən terror aktında iştirakda təqsirləndirilən Əlişir Qasımovun əmlakına həbs qoyub.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə işin materiallarında deyilir.
“Təqsirləndirilən Ə.Q-nın əmlakına həbs qoyulub. Bu, Krasnoqorsk şəhər rayonunda kadastr dəyəri 7,7 milyon rubldan çox olan bir mənzil, həmçinin dəyəri 1,8 milyon rubl olan “Mitsubishi Carisma” avtomobilidir. Məhkəmə bu əmlaka sərəncam verilməsini və onunla əməliyyatların aparılmasını qadağan edib”, – iş materiallarında deyilib.
Materiallarda göstərilib ki, həbs mülki iddianın təmin edilməsi və əmlakın mümkün müsadirəsi üçün qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 25 İyul 2025 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















