Icma.az
close
up
RU
Məhkəmə Əli Kərimliyə qarşı humanistlik göstərdi

Məhkəmə Əli Kərimliyə qarşı humanistlik göstərdi

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Yurd" şefi məhkəmə heyətinə təşəkkür etmək əvəzinə dövlətə qarşı ənənəvi qarayaxma kampaniyası aparır

AXCP Nəzarət Təftiş Komitəsinin sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı qaldırılmış xüsusi ittiham qaydasında cinayət işi yekunlaşıb. Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahovun çıxardığı hökmlə Əli Kərimli Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə təqsirli bilinib və 1500 manat cərimələnib. Hər iki tərəf qərardan narazı olduğu müşahidə edilir. Belə ki, Aydın Əliyev Əli Kərimlinin 6 aydan 2 ilə qədər azadlıqdan məhrum edilməsini istəmişdir. Məhkəmə isə Azərbaycanın hüquqi dövlət quruculuğuna sadiq olması və insan azadlıqlarının müdafiəsinə xüsusi diqqət ayırması səbəbindən A.Əliyevin iddiasını qismən təmin etməklə, həm də böyük humanistlik göstərərək Əli Kərimlini azadlıqdan məhrum etməmiş və 1500 manat cərimə ilə kifayətlənmişdir. Ə.Kərimli və ətrafı isə məhkəmənin xeyirxah davranışını və humanist qərarını alqışlayıb, məhkəmə heyətinə təşəkkür etmək əvəzinə dövlətə qarşı ənənəvi qarayaxma kampaniyası aparırlar. Niyə Ə.Kərimli məhkəməni humanist öz əxlaqına uyğun dəyərləndirir? Sualı cavablandırmazdan əvvəl qeyd etmək lazımdır ki, bizimlə söhbətində məhkəmə iddiasını onunla əsaslandırmışdır ki, Ə.Kərimli Sevinc Osmanqızının, Q.Zahidovun və digər xaricdəki azərbaycanlı mühacirlərin yaratdıqları internet TV-lərdə onun şərəf və ləyaqətini təhqir edib: "Əli Kərimli sözdə demokratiyadan, söz azadlığından danışır, əməldə isə partiya daxilində sərt diktatura rejimi yaradıb. Açıq fikir söyləyənlər, demokratik idarəetmə tələb edənlər sərt şəkildə cəzalanırlar".

Aydın Əliyev vəkili ilə məsləhətləşmələr aparır

Aydın Əliyevin Ə.Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia haqlı və əsaslıdır. Azərbaycan qanunvericiliyinə görə də hər bir ölkə vətəndaşı razılaşmadığı və ya üzləşdiyi hər hansı bir problemin məhkəmə qaydasında baxılıb qərar verilməsi üçün məhkəməyə müraciət etmək hüququ var. Özünü ixtisasca hüquqşünas hesab edən Ə.Kərimli bunu bilməmiş deyil. A.Əliyev Azərbaycan Respublikası qanunlarının ona verdiyi imkandan istifadə edib. Yəni ölkə vətəndaşı olaraq Ə.Kərimlinin ona qarşı haqsız davranışı, kobud rəftarı, təhqir və tənqidlərini əsassız hesab edərək məhkəməyə müraciət edib. Bu onun hüququdur. Nəsimi rayon məhkəməsinin çıxartdığı qərarla razı olub-olmaması isə onun atacağı növbəti addımlardan sonra məlum olacaq. Hələlik isə görünən ondan ibarətdir ki, A.Əliyev vəkili ilə məsləhətləşmələr aparır. Bunun fonunda Ə.Kərimlinin və ətrafındakı trolların A.Əliyevi "hakimiyyətin adamı", "hakimiyyətin sifarişlərini yerinə yetirən şəxs" kimi təqdim edib, sosial şəbəkələrdə hay-küy qaldırmaq, savadsızlığın və bədbəxt durumda olmağın nəticəsidir.

Qərarın elan olunduğu dəqiqədən məhkəmə önündə iğtişaş törətməkdən çəkinməyən və jurnalistlərin önündə şər və böhtanlar səsləndirməklə kifayətlənməyən Ə.Kərimli və ətrafında olan trollar sosial şəbəkələrə çıxaraq əsassız iddialar və ittihamlarla çıxış edirlər. Bildirirlər ki, guya A.Əliyevin iddiası əsassız olub və bu baxımdan da Ə.Kərimliyə bəraət verilməli idi. Digər trollar, xüsusilə Ayaz Məhərrəmli, Fuad Qəhrəmanlı, Seymur Həzi, İlham Hüseyn və digərləri isə bozbaş fars mollalarısayağı mövqe ortaya qoyaraq iddia edirlər ki, guya məhkəmə əvvəl Ə.Kərimlini həbs etmək istəyib, lakin sonradan beynəlxalq təzyiqlərin olacağından ehtiyat edərək, iş 1500 manat cərimə ilə yekunlaşıb. Başqa sərsəmələr, axmaqsayağı ifadələr, hətta şou və məzhəkə xarakterli ifadələr də səsləndirilib, statuslar paylaşılıb. Elə təqdim etməyə çalışırlar ki, sanki Ə.Kərimli cəmiyyət də reytinqi olan və böyük sosial bazaya malik partiyanın sədridir. Halbuki Ə.Kərimlinin rəhbərlik etdiyi partiya siyasi arenada ən zəif və cəmiyyətdə gedən ictimai -siyasi proseslərdə geridə qalan, bəzən mövcudluğu heç nə ilə hiss olunmayan partiyadır. Səbəbidə Ə.Kərimlinin səhv və yanlış siyasət aparmasıdır.

Əli Kərimlini fəlakətli siyasi sonluq gözləyir

AXCP-nin bir növ Ə.Kərimlinin şəxsi firması kimi fəaliyyət göstərdiyini desək, səhv etmərik. Çünki partiyada qərarlar və atılan addımlar Ə.Kərimlinin istəyi ilə atılır. Etiraz bildirən, narazılıq edənlər AXCP sıralarından xaric edilirlər. A.Əliyevlə Ə.Kərimli arasında bir qədər əvvəl baş tutan və birincinin xeyrinə başa çatan məhkəmə çəkişməsi də Ə.Kərimlinin hegemonluğundan yaranmışdır. Ə.Kərimli partiyada müstəqil mövqeyi və fəaliyyəti ilə seçilən A.Əliyevin NTK-nın sədri seçilməsi ilə razılaşmayaq ona qarşı kampaniya aparmış və sonda "qəlib" gəlmişdir. Bununla bağlı fikirlərini bizimlə bölüşərkən A.Əliyev bildirdi ki, onun 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra isə sədr seçilməsi Ə.Kərimlinin ürəyincə olmayıb: "Ə.Kərimli bütün imkanları ilə mənə partiya nizamnaməsinin tələblərinə uyğun olaraq fəaliyyət göstərməyimə imkan verməyib. Nəhayət, AXCP Ali Məclisinin Rəyasət Heyətinə təzyiqlər etməklə 10 iyun 2019-cu ildə məni partiya sıralarından xaric edib. AXCP Ali Məclisinin Rəyasət Heyətinin qərarı ilə razılaşmayaraq yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunmağımla bağlı Nəsimi rayon Məhkəməsində iddia qaldırdım. Məhkəmə 2020-ci ilin iyun ayında iddiamı təmin etdi. Əli Kərimli həmin qərardan şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etmədi. Əli Kərimli məhkəmə qərarından sonra mənimlə görüşdü və söz verdi ki, NTK sədri kimi normal fəaliyyət göstərməsi üçün ona hər cür şərait yaradılacaq. Hətta mənimlə görüş əsnasında partiyanın təşkilat şöbəsinə də zəng edib, göstərişlər verdi. Lakin sonradan sözünün üstündə durmadı. NTK-nın üzvləri çağırılan toplantılara gəlmədilər. Bu məsələ də Ə.Kərimlinin göstərişi olduğu şübhəsizdir. Bu azmış kimi partiyanın növbəti qurultayı keçirilən zaman kobud nizamnamə pozuntularına yol verildi. Mən buna etiraz etdikdə Ə.Kərimlinin göstərişi əsasında məni fitə basdılar, təhqir etdilər. Mən isə səbirli oldum və qurultayın nəticələrinin ləğv edilməsi və növbəti qurultayın keçirilməsi barədə məhkəmədə iddia qaldırdım. Təşəkkür edirəm ki, məhkəmə mənim iddiamı təmin etdi".

Bir sözlə görünən fakt ondan ibarətdir ki, A.Əliyev üzləşdiyi haqsızlığı hüquqi müstəvidə həll etməyə çalışır. Ə.Kərimli isə hay-küy qaldırmaq, şər və böhtanlar səsləndirmək, xaricdəki ermənipərəst dairələrə üz tutmaqla nəyəsə nail olmağa cəhd göstərir. Ona görə də Ə.Kərimli uzun illərdir ki, uğursuzluq zolağından çıxa bilmir. Mövcud kurs dəyişməsə Ə.Kərimlini fəlakətli siyasi sonluq gözləyir.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Dekabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri