Məhkəmə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə yenidən cərimə kəsib
Icma.az, Operativmedia saytına istinadən bildirir.
"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən AS barəsində 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş Firma ilə bağlı müraciətə baxılıb.
Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti daha əvvəl ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar törətdiyinə görə cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















