Məhkəmə LGBT məzmununu silməkdən imtina etdiyi üçün Telegram ı cərimələyib
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Moskvanın Taqanski Məhkəməsi Telegram messencerini LGBT mövzularına aid kanalların silinməsi tələblərinə əməl etmədiyinə görə 4 milyon rubl cərimələyib (hərəkət ekstremist kimi tanınıb və Rusiya Federasiyasında məhkəmə tərəfindən qadağan edilib). Bu barədə Oxuməni.az “TASS” agentliyinə istinadla xəbər verir.
Jurnalistlərin sözlərinə görə, platforma LGBT-yə həsr olunmuş kanalları silmək məcburiyyətində qalıb, lakin bunu etməyib. Məhkəmə “Telegram Messenger Inc.” hüquqi şəxsi “Rusiya Federasiyasının qanunvericiliyində belə məlumatların silinməsi öhdəliyi nəzərdə tutulduğu halda sayt sahibi tərəfindən məlumatın silinməməsi” ilə bağlı inzibati maddə ilə təqsirli bilinib. Xüsusilə də, cərimənin əsası “Roskomnadzor”un eynicinsli münasibətləri təbliğ edən 10 kanal müəyyən etməsi olub. Messencer dəfələrlə onların silinməsinin zəruriliyi ilə bağlı bildirişlər alıb.
Məhkəmə Telegram-ın hərəkətlərini Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi (qadağan olunmuş məlumatın silinməməsi) ilə kvalifikasiya edib. Messencerin bu cür pozuntulara görə məsuliyyətə cəlb edilməsi ilk dəfə deyil.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 30 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















