Icma.az
close
up
RU
Məhkəmə tarixi əhəmiyyət kəsb edən əşyaları oğurlayan şəxslə bağlı qərar çıxardı

Məhkəmə tarixi əhəmiyyət kəsb edən əşyaları oğurlayan şəxslə bağlı qərar çıxardı

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali Məhkəmədə oğurluqda, xüsusi dəyəri olan əşyaları talama və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Xamis Qasımovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

İttihama görə, Xamis Qasımov 2018-ci ildə Ağdaş rayonu ərazisində zərərçəkmiş Əvəz Həmidovun yaşadığı evə daş hasardan keçib qanunsuz daxil olub. O, evdən hər biri 2500 manat dəyərində, ümumi dəyəri 5 min manat olan XIX əsr Almaniya-Rusiya istehsalı olan, XIX əsrin ikinci yarısında Almaniyanın Berlin şəhərində yerləşən İmmerman və Şneyder manifakturasında Rusiyaya idxal üçün nəzərdə tutularaq istehsal edilmiş gövdə hissəsi fayansdan olub üzərinə cila çəkilmiş, 30-luq adlandırılan xüsusi tarixi, bədii və muzey əhəmiyyəti kəsb edən xüsusi dəyəri olan 2 ədəd qədimi lampaları, 3000 min manat dəyərində içərisində 6 ədəd gümüş rumka olan gümüş sinini və 1000 manat nağd pulu (ümumilikdə 9000) oğurlayıb.

Bundan əlavə, təqsirləndirilən şəxs 2021-ci ildə Ağdaş şəhəri, Maşad qəbiristanlığının yaxınlığından yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,433 qram olan narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib. Həmin narkotik vasitə Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülüb.

Ağdaş Rayon Məhkəməsinin hökmü ilə o, 9 ay 16 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs isə apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, protest və şikayət təmin edilməyib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 İyun 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see133

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see127

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see124

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see123

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see122

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see121

Pəhləvinin nəvəsi yəhudiyə ərə getdi

10 İyun 2025 16:54see120

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see120

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see120

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see119

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see119

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see119

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see119

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see117

Ukrayna Rusiyayla yeni əsir mübadiləsi planlaşdırır

10 İyun 2025 20:09see116

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see116

ABŞ da iğtişaşlar Kaliforniyadan digər ştatlara da yayılıb...

10 İyun 2025 19:45see115

Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş brifinq keçirilib FOTOLAR

10 İyun 2025 16:26see114

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see113

COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 İyun 2025 22:27see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri