Icma.az
close
up
RU
Tarixi əhəmiyyət kəsb edən əşyaları oğurlayan şəxsə elektron qolbaq taxıldı

Tarixi əhəmiyyət kəsb edən əşyaları oğurlayan şəxsə elektron qolbaq taxıldı

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəki Apellyasiya Məhkəməsində oğurluqda, xüsusi dəyəri olan əşyaları talama və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Xamis Qasımovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, protest və şikayət təmin edilməyib.


İttihama görə, Xamis Qasımov 2018-ci ildə Ağdaş rayonu ərazisində zərərçəkmiş Əvəz Həmidovun yaşadığı evə daş hasardan keçib qanunsuz daxil olub. O, evdən hər biri 2500 manat dəyərində, ümumi dəyəri 5 min manat olan XIX əsr Almaniya-Rusiya istehsalı olan, XIX əsrin ikinci yarısında Almaniyanın Berlin şəhərində yerləşən İmmerman və Şneyder manifakturasında Rusiyaya idxal üçün nəzərdə tutularaq istehsal edilmiş gövdə hissəsi fayansdan olub üzərinə cila çəkilmiş, 30-luq adlandırılan xüsusi tarixi, bədii və muzey əhəmiyyəti kəsb edən xüsusi dəyəri olan 2 ədəd qədimi lampaları, 3000 min manat dəyərində içərisində 6 ədəd gümüş rumka olan gümüş sinini və 1000 manat nağd pulu (ümumilikdə 9000) oğurlayıb.


Bundan əlavə, təqsirləndirilən şəxs 2021-ci ildə Ağdaş şəhəri, Maşad qəbiristanlığının yaxınlığından yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,433 qram olan narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib. Həmin narkotik vasitə Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülüb.


Ağdaş Rayon Məhkəməsinin hökmü ilə o, 9 ay 16 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs isə apellyasiya şikayəti vermişdi.
 

Kamal Məmmədov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Yanvar 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see197

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see127

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see124

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see122

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see118

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see118

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see117

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see116

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see116

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see115

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see115

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see115

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see115

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see115

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see114

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see114

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see114

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see114

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see113

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri