Icma.az
close
up
RU
Məhkəmədə Zaura xəbərdarlıq edilməsi tələb olundu Oğlu öldürülən ana efirinə çıxmışdı

Məhkəmədə Zaura xəbərdarlıq edilməsi tələb olundu Oğlu öldürülən ana efirinə çıxmışdı

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Qaradağ rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 2006-cı il təvəllüdlü Məzahir Elşən oğlu Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, ATV-də Zaur Baxşəliyevin təqdimatında yayımlanan "Bizimləsən" verilişində aparıcı bu cinayət işində adı keçən şahidə təsir edib. Onun sözlərinə görə, Zaur Baxşəliyev efirdə istintaq sirri olan cinayət işinin materiallarını səsləndirib.

Vəkil məhkəmədən televiziya kanalına xəbərdarlıq edilməsini xahiş edib.

Zərərçəkmiş İlham Haqverdiyevin hüquqi varisi, anası Xaliqə Əliyeva televiziyada verilişin aparılmasının qanunla tənzimləndiyini bildirib.

Xaliqə Əliyeva cinayət işinin obyektiv aparılmadığını söyləyib. O, sözügedən verilişdə iştirak etməyə davam edəcəyini bildirib və təqsirləndirilən şəxsin vəkilinin vəsatətinin təmin olunmamasını istəyib.

Dövlət ittihamçısı Valeh Ələkbərov da vəsatətin təmin olunmamasını istəyib.

Daha sonra yerində müşavirə keçirən hakimlər heyəti qərar elan ediblər. Qərara görə, vəkilin vəsatəti qismən təmin olunub və Xaliqə Əliyevaya xəbərdarlıq olunub.

Daha sonra Xaliqə Əliyeva ifadə verib.

Növbəti proses dekabrın 6-da davam edəcək.

İttihama görə, qətl hadisəsi bu ilin martın 6-da, gecə saat 00:15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Qəsəbə ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məzahir Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri