Icma.az
close
up
RU
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub FOTO

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub FOTO

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 22-də Sankt-Peterburq şəhərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) Çingiz Aytmatov adına mükafatı təqdim olunub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, təqdimat mərasimindən əvvəl Mehriban Ələkbərzadə Petropavlovsk qalasında fəxri qonaqlar üçün nəzərdə tutulmuş topdan atəş açıb.

Mükafatı Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko təqdim edib. Mehriban Ələkbərzadə yüksək etimad üçün Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasına təşəkkürünü bildirib.

Mehriban Ələkbərzadə çıxışında qeyd edib ki, yazıçı və filosof Çingiz Aytmatov onun üçün həm milli, həm də bəşəri anlam daşıyan imzadır. O, bütün dünyada oxşar taleləri yaşayan və gələcək haqqında eyni düşüncədə olan xalqların hamısının yazıçısıdır. Bu gün məhz Çingiz Aytmatov mükafatının təqdim edildiyi bir vaxtda Azərbaycanda - Akademik Milli Dram Teatrında onun “Əsrə bərabər gün” tamaşası nümayiş edilir.

Təqdimat mərasimindən sonra Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova yüksək mükafata layiq görülməsi münasibətilə Mehriban Ələkbərzadəni təbrik edib.

Qeyd edək ki, Mehriban Ələkbərzadənin namizədliyi bu ilin iyul ayında Assambleyanın Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyası tərəfindən irəli sürülüb. Komissiyanın sədri - Özbəkistan Ali Məclisinin deputatı Erkin Zahidov Mehriban Ələkbərzadənin yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat verərək, onun bu mükafata layiq olduğunu bildirib.

MDB PA-nın Çingiz Aytmatov adına mükafatı hər il mədəniyyət, maarif, humanitar elmlərin inkişafına dəyərli töhfələr verən, habelə ədəbiyyat, incəsənət və mədəni irsin qorunmasına, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə xidmət edən, dostluq əlaqələrinin, sülhün möhkəmləndirilməsi və dövlətlərarası mənəvi əlaqələrin inkişaf etdirilməsinə görə verilir. Mehriban Ələkbərzadə bu mükafata layiq görülən ilk qadın sənətkardır. O, mükafata Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının səhnə versiyasına görə layiq görülüb.

MDB PA-nın Çingiz Aytmatov adına mükafatı 2012-ci ilin noyabrında Assambleyanın qərarı ilə təsis edilib.

Qeyd edək ki, bu ilin 9-10 mart tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” (iki hissəli fantastik realizm) tamaşasının premyerası keçirilib. Yeni səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Azər Hacıəsgərlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Noyabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri