Mehriban Əliyeva qızları ilə BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib Fotolar
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində “Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi.
Tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus xüsusi sessiyada gündəliyə çıxarılan mövzunun bu gün bütün dünyadakı aktuallığından danışdılar.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşdülər.
Qeyd edildi ki, sessiyanın təşkilindən əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. Problemin aktuallığı ildən-ilə artır. Statistikaya əsasən, hər il dünyada təxminən 200 min uşaq xərçəng xəstəliyinə tutulur və onların yarısı dünyasını dəyişir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 25 Sentyabr 2025 02:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















