Məhsul və qiymət müxtəlifliyi iqtisadiyyatın rəqabətliliyini göstərir
Icma.az, 525.az saytına istinadən bildirir.
Mağazaya daxil olduqda məhsulun çeşidi və qiymət müxtəlifliyi vətəndaşlara iqtisadiyyatın rəqabətliliyini göstərir. Bu baxımdan qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri davam etdirilməli, bazara giriş maneələri aradan qaldırılmalı, innovasiyalar sürətləndirilməli, məhsul və xidmətlərin diversifikasiyası təmin edilməlidir.
525.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.
Rəqabət orqanının əsas hədəflərindən biri məhz iqtisadi artımı dəstəkləyən təmərküzləşmələrə razılıq verilməsi, effektiv olmayanların isə məhdudlaşdırılmasıdır.
Agentlik sədri vurğulayıb ki, Azərbaycanda iqtisadi təmərküzləşmələrin effektivliyi artırılmalı, rəqabəti məhdudlaşdıran sazişlərlə mübarizə gücləndirilməlidir:
“Burada məqsəd iqtisadi inkişafı təşviq edən təmərküzləşmələrin dəstəklənməsi, rəqabəti pozan halların isə qarşısının alınmasıdır”.
Elnur Bağırovun sözlərinə görə, rəqabətin nəticələri gündəlik həyatda hər kəs tərəfindən müşahidə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 Oktyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















