Icma.az
close
up
RU
Məişət zorakılığı ilə bağlı psixoloji dəstək və sığınacaq imkanları da genişləndirilməlidir”

Məişət zorakılığı ilə bağlı psixoloji dəstək və sığınacaq imkanları da genişləndirilməlidir”

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


“Hazırda dövlət qulluğunda qadınların təmsilçiliyi 30 faiz səviyyəsindədir. Bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikası nümayiş etdirir ki, bu da ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində müsbət meyllərin mövcudluğunu göstərir”.
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı çıxışında belə deyib. O, bildirib ki, ölkəmizdə gender balansına yönəlik səyləri nəzərə alaraq, rəhbər vəzifələrdə gender balansının təmin olunması məqsədilə dövlət və bələdiyyə strukturlarında gender kvotalarının tətbiqi müzakirə olunmalıdır.
Erkən nikahlara da toxunan deputat qeyd edib ki, mövcud statistika bu sahədə azalma tendensiyasının müşahidə olunduğunu göstərir. Lakin, erkən nikah halları müəyyən bölgələrdə yenə də aktuallığını qoruyur: “Təəssüf ki, erkən nikahlar təkcə uşaqların təhsil və inkişaf hüquqlarını pozmur, həm də onların gələcək həyatlarına ciddi zərbə vurur. Erkən nikahlarla mübarizə məqsədilə regionlarda hədəfli maarifləndirmə kampaniyaları genişləndirilməli, məktəblərdə bu məsələyə dair mütəmadi təlimlər keçirilməlidir.”
Deputat məişət zorakılığı ilə bağlı vəziyyətə də diqqət çəkib. Bildirib ki, məişət zorakılığı hallarında zərərçəkmişlə zorakılıq törədən arasında barışdırma mexanizminin aradan qaldırılması müsbət bir addım kimi qiymətləndirilə bilər: “Bu dəyişiklik zorakılığın cəzasız qalmasının və təkrarlanmasının qarşısını almağa, eyni zamanda zərərçəkmiş şəxslərin hüquqlarının daha effektiv qorunmasına xidmət edir.

Hazırda məişət zorakılığına qarşı mübarizə çərçivəsində mühafizə orderlərinin tətbiqi praktikası da genişlənmişdir. Xüsusilə icra hakimiyyətləri tərəfindən əvvəllər 30 gün müddətinə verilən mühafizə orderlərinin artıq 60 gün müddətinə tənzimlənməsi zərərçəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması baxımından mühüm və müsbət bir addım hesab olunur. Bu yanaşma, zorakılıq hallarına qarşı daha təsirli müdafiə mexanizmlərinin tətbiqini və zərərçəkmişlərin hüquqlarının real şəkildə qorunmasını təmin edir. Lakin mövcud müsbət dinamikanın davamlılığını təmin etmək məqsədilə kompleks tədbirlərin davam etdirilməsi zəruridir. Belə ki, bu sahədə hüquqi mexanizmlərlə yanaşı, sosial müdafiə, psixoloji dəstək və sığınacaq imkanları da genişləndirilməlidir.”
K.Nurullayeva gender bərabərsizliyi və iqlim dəyişikliyi məsələlərinə də toxunub. Onun sözlərinə görə, ölkəmizdə iqlim dəyişikliklərinin kənd təsərrüfatı, su ehtiyatları və ekosistemlər üzərindəki təsirləri xüsusilə bölgələrdə yaşayan qadınların həyatına birbaşa təsir göstərir: “Qadınlar, xüsusən də kənd yerlərində, ailənin ərzaq təminatı, su və enerji resurslarının idarə olunmasında mühüm rol oynayırlar və bu da onları iqlim dəyişikliklərinə qarşı daha həssas edir. Sevindirici haldır ki, Energetika Nazirliyində çalışan əməkdaşların 47 faizini qadınlar təşkil edir və bu, qadınların iqlim və enerji siyasətlərində iştirakına imkan yaradır. Lakin qadınların iqlim siyasətində və qərarvermə proseslərində daha geniş iştirakını təmin etmək, genderə həssas strategiyalar hazırlamaq və bu sahədə maarifləndirməni artırmaq üçün işlər görülməlidir. Bu istiqamətdə irəliləyişin davamı üçün regionlarda qadınların iştirakı ilə iqlimə davamlılıq mövzusunda təlim proqramlarının təşkili və onların yerli layihələrin hazırlanmasına cəlb olunması məqsədəuyğundur.”
“Qadınların və uşaqların hüquqlarının təmin olunması, onların sosial rifahı və cəmiyyətdə tam iştirak imkanlarının yaradılması mühüm əhəmiyyət kəsb edir” deyən K.Nurullayeva qeyd edib ki, bu sahədə birgə əməkdaşlıq və qətiyyətli addımlar vacibdir:
“Qanunlar təkmilləşdirilərkən bu başlıqları nəzərə alaraq addımlar atmaq lazımdır. Amma ən önəmlisi qanunların işləmə mexanizminin düzgün hədəfə yönəlik formalaşdırılması və onların icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi çox vacibdir. Və ümumilikdə, bu yalnız qanunvericilik məsələsi deyil, sosial ədalət prinsipidir.”
Ruhiyyə Mehdiyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see130

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see129

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see119

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see119

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see119

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see119

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see117

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Üç qardaş Xankəndidə xatirə şəkli çəkdirdi VİDEO

04 İyul 2025 21:28see116

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see116

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see116

Şahbaz Şərif Azərbaycanı tərk etdi

04 İyul 2025 21:30see114

Yuventus Mançester Yunayted lə anlaşdı

04 İyul 2025 21:54see114

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

05 İyul 2025 10:04see114

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05 İyul 2025 15:16see113

Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq

05 İyul 2025 15:18see113

Dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır

05 İyul 2025 14:59see112

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı illər sonra danışdı

05 İyul 2025 14:44see111

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri