Icma.az
close
up
RU
Məişət zorakılığı uşaqların hüquqlarını necə pozur? Lənkəranda ictimai müzakirə konfransı keçirilib

Məişət zorakılığı uşaqların hüquqlarını necə pozur? Lənkəranda ictimai müzakirə konfransı keçirilib

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Məişət zorakılığı çox vaxt yalnız böyüklər arasında baş verən problem kimi qəbul edilir. Halbuki onun ən ağır təsirlərini uşaqlar yaşayır: psixoloji travmalar, təhsildən geri qalma, erkən nikahlar və gələcək həyatlarına daşınan qorxu hissi... 16-17 avqust tarixlərində Lənkəranda keçirilən nəzəri-praktiki konfrans da məhz bu mövzunun aktuallığını gündəmə gətirib.

Tədbir “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyi tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə” layihəsi çərçivəsində baş tutub.

Layihənin rəhbəri, ictimai birliyin sədri İntiqam Səfərov açılış nitqində uşaqların hüquqlarının qorunması istiqamətində ictimai müzakirələrin və maarifləndirmə fəaliyyətlərinin əhəmiyyətini vurğulayıb. Tədbirdə Lənkəran və ölkənin müxtəlif regionlarından, o cümlədən Bakı şəhərindən 20 nəfərdən çox qeyd olunan məsələ ilə bağlı birbaşa və ya dolayı məşğul olan müxtəlif təşkilatların nümayəndələri iştirak edib. Buda onların bir-biri ilə fikir mübadiləsi apararaq digər bölgələrdəki vəziyyət və yanaşmalarla bağlı daha detallı təssüratların yaranmasına dəstək olub.

Afiq Məlikov 2 gün ərzində iştirakçılarla “Azərbaycanda ailə dəyərləri, adət-ənənələr və müasirlik”, “Məişət zorakılığı, onun formaları və onlara qarşı mübarizə tədbirləri”, “Ailədaxili zorakılığa qarşı məsuliyyət – milli qanunvericilik və İstanbul Konvensiyası”, “Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və cari statistika”, “Ailədə və cəmiyyətdə uşaqlar, uşaqlara qarşı qısnama və ayrı-seçkilik”, “Uşaqlara qarşı zorakılıq – BMT-nin Uşaq Hüquqları Konvensiyası” bağlı müzakirələr aparılıb.

Gender stereotipləri və erkən nikahlar

Tədbir erkən nikahların nisbətən daha çox yayıldığı Cənub bölgəsində keçirilib. Statistikalar göstərir ki, ənənəvi stereotiplər qız uşaqlarını hələ yetkinlik yaşına çatmamış ailə həyatına məcbur edir. Nəticədə onlar təhsildən uzaqlaşır, həm fiziki, həm də mənəvi zorakılığa məruz qalırlar.

Layihə eksperti Afiq Məlikov məişət zorakılığının fiziki, psixoloji, iqtisadi və emosional formalarını izah edib, ailədaxili zorakılığa qarşı milli qanunvericilik və beynəlxalq konvensiyaların müddəalarını iştirakçıların diqqətinə çatdırıb.

Rəqəmlərin göstərdiyi mənzərə

Tədbir zamanı iştirakçılara son illərdə paylaşılan statistikalar təqdim olunub. Bundan sonra statistikalar üzərindən zorakılığın səbəbləri, yaş və təhsilə görə zorakılığın törədilmə halları müzakirə olunub.  Statistikalara əsasən təhsilsiz və iqtisadi çətinlik yaşayan ailələrdə zorakılıq halları üstünlük təşkil edir.

Dövlət Statistika Komitəsinin son beş illik məlumatları nikah və boşanma sahəsində narahatedici tendensiyaları ortaya qoyur.

2018: 62 484 nikah, 14 857 boşanma (23,7 %)

2019: 63 869 nikah, 17 148 boşanma (26,8 %)

2020: 35 348 nikah, 14 628 boşanma (41,3 %)

2021: 56 314 nikah, 17 191 boşanma (30,5 %)

2022: 61 939 nikah, 15 983 boşanma (25,8 %)

2023: 54 200 nikah, 21 688 boşanma (40 %)

2024: 49 508 nikah, 21 384 boşanma (43,1 %)

Əgər 2018-ci ildə boşanma faizi 23,7% idisə, 2024-cü ildə bu göstərici 43,1%-ə yüksəlib. Başqa sözlə, hər iki nikahdan biri boşanma ilə nəticələnir.

Xüsusilə 2020 və 2023-cü illərdə boşanma faizlərinin 40%-i keçməsi ailələrdə mövcud olan dərin sosial problemlərin göstəricisi kimi qiymətləndirilir. Ekspertlər bunu həm maddi sıxıntılarla, həm də erkən və düşünülməmiş nikahlarla əlaqələndirirlər. Tədbir iştirakçıları da vurğulayıblar ki, ailə institutunun zəifləməsi uşaq hüquqlarının pozulması, məişət zorakılığı və sosial təcrid kimi bir çox mənfi nəticələr doğurur.

Yaş bölgüsünə baxdıqda, ən çox nikahın 25–34 yaş qrupunda olduğu görünür. Diqqət çəkən məqamlardan biri isə 2019-cu ildə 18 yaşdan aşağı bir nikah faktının qeydə alınmasıdır. Sonrakı illərdə rəsmi statistika sıfır göstərsə də, regionlarda qeydiyyatsız erkən nikahların hələ də mövcudluğu problemi hələ də qalır.

Afiq Məlikov 2 gün ərzində iştirakçılarla “Azərbaycanda ailə dəyərləri, adət-ənənələr və müasirlik”, “Məişət zorakılığı, onun formaları və onlara qarşı mübarizə tədbirləri”, “Ailədaxili zorakılığa qarşı məsuliyyət – milli qanunvericilik və İstanbul Konvensiyası”, “Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və cari statistika”, “Ailədə və cəmiyyətdə uşaqlar, uşaqlara qarşı qısnama və ayrı-seçkilik”, “Uşaqlara qarşı zorakılıq – BMT-nin Uşaq Hüquqları Konvensiyası” bağlı müzakirələr aparılıb.

Tədbirin sonuncu günü qonaq qismində dəvət edilmiş Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov da fəaliyyəti zamanı mövzuya uyğun təcrübələri və bu barədə beynəlxalq konvensiyaların müddəalarından irəli gələn məsələləri iştirakçılarla bölüşüb. İştirakçıların ünvanladığı sualları cavblandırıb.

Maarifləndirmə zərurəti

Konfransın yekununda iştirakçılar həmfikir olublar ki, uşaqların hüquqlarını qorumaq üçün davamlı maarifləndirmə lazımdır. Bu iş yalnız sosial şəbəkələrdə və media məkanında deyil, həm də cəmiyyətin gündəlik həyatında aparılmalıdır. Bununla yanaşı ölkənin hər yerində təhsilə və insanların maarifləndirilməsinə ciddi ehtiyac  olduğu da vurğulanıb.

Nərgiz Abbasova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Avqust 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri