Meksika hakimiyyəti El Mençonu necə tapıb? Detallar
Icma.az bildirir, Axar.az portalına istinadən.
Meksika hakimiyyəti dünyanın ən çox axtarılan narkotik qaçaqmalçılarından biri olan El Mençonu mənzərəli dağ evində sevgilisini izləyərək tapıb.
Axar.az xəbər verir ki, bu barədə “Quardian” nəşri ölkənin müdafiə naziri Rikardo Trevilya Trexoya istinadla məlumat yayıb.
“Mətbuat konfransında rəsmilər Meksikanın ən güclü mütəşəkkil cinayətkar qrupu olan “Xalisko Yeni Nəsil” narkokartelinin liderinin ölümünə səbəb olan əməliyyatla bağlı ilk detalları açıqlayıblar.
Əsl adı Nemesio Ruben Osequera Servantes olan 59 yaşlı kartel lideri Vaşinqtondan gələn kəşfiyyat məlumatları ilə dəstəklənən əməliyyatda Meksika hərbçiləri onu tutmağa çalışarkən ölümcül yaralanıb.
El Mençonun cangüdənləri hərbçilərə atəş açıb. Elə bu zaman El Menço yaxınlıqdakı meşəyə qaçıb və orada saxlanılıb. O, tibbi müalicə üçün Mexiko şəhərinə aparılarkən yolda ölüb.
El Mençodan başqa, onun yeddi adamı atışmada öldürülüb, iki əsgər isə yaralanıb”, - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 24 Fevral 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















