Meksika narkokartelləri ilə Çin arasında əlaqə tapıldı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ Maliyyə Nazirliyi Meksikadakı narkotik kartellərinin Çinin çirkli pulların yuyulması şəbəkələrindən istifadə etdiyini düşünür.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
"Bu şəbəkələr Meksikalı narkotik kartelləri üçün gəlirləri yuyur, ABŞ-də və dünyada digər irimiqyaslı yeraltı pul köçürmə sxemlərində iştirak edir", - məlumatda deyilir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2020-2024-cü illər arasında bu sxem üzrə ümumi dəyəri təxminən 312 milyard dollar olan 137.000-dən çox əməliyyat müəyyən edilib. Eyni şəbəkələrdən fırıldaqçılıq və insan alveri üçün də istifadə edilir.
Açıqlamaya görə, Çin pasportuna sahib olan şəxslər bilərəkdən və ya bilməyərəkdən çirkli pulların yuyulmasında iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 29 Avqust 2025 03:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















