Icma.az
close
up
RU
Meksika radiosunda COP29 tədbirinin əhəmiyyətindən danışılıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Meksika radiosunda COP29 tədbirinin əhəmiyyətindən danışılıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin nüfuzlu və çoxsaylı dinləyici auditoriyasına malik "Kanyon" radiosuna müsahibəsi zamanı Azərbaycanın COP29-a sədrliyi zamanı əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, müsahibə zamanı ölkəmizin ekoloji problemlərin həllinə hərtərəfli və dəstəkləyici yanaşmaya sadiqliyi, eləcə də COP29-a sədrliyin əsas məqsədinin iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi təşviq etmək olduğu vurğulanıb.

Diplomat tədbirin ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi ilə bağlı artıq müsbət nəticələr əldə olunduğunu qeyd edərək, bunun iqlim dəyişikliyi ilə mübarizə üçün nəzərəçarpacaq nəticələr verən səmərəli mexanizmlər hazırlamağa imkan verəcəyini bildirib. Eyni zamanda, Bakıda keçirilən COP29 çərçivəsində indiyədək bir sıra mühüm saziş və əməkdaşlıqların, o cümlədən, "Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalandığını, bunun üç ölkənin əməkdaşlığında yeni mərhələ olduğunu qeyd edib.

Müsahibədə ilk dəfə olaraq Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitinin keçirildiyi qeyd olunub, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin səsinin qlobal arenada eşidilməsi və onların təcrübəsinin öyrənilməsinin, eləcə də ən çox bu ölkələrə təsir edən iqlim dəyişikliyi kimi qlobal problemlərə inklüziv həll yollarının axtarışının vacibliyi vurğulanıb.

Sonda səfir hazırda beynəlxalq siyasətdə davam edən və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi ilə mübarizədə özlərinin qərar verməsinə mane olan neokolonializm təzahürləri ilə bağlı narahatlığını ifadə edib.

Qeyd edək ki, müsahibə həmçinin Meksikanın "Miled və ADRNetwork" radio kanallarında da efirə gedib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Noyabr 2024 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri