Icma.az
close
up
RU
Məktəb bitirsə də, imza yerinə barmaq basan bisavadlar “Bunu dəhşət saymıram”

Məktəb bitirsə də, imza yerinə barmaq basan bisavadlar “Bunu dəhşət saymıram”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Şəxsən mən Dövlət İmtahan Mərkəzinin (DİM) statistikasını o qədər də dəhşətli saymıram. Oxuyub-yazma vərdişləri olmayan şagirdlərin sayı ötən illərdə belə o qədər də çox deyildi. Bu göstəricilər yaxşıya görə dəyişir".

Bunu “Yeni Sabah”a Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

O, DİM-in nəşr etdiyi "Abituriyent 12" jurnalında yer alan statistik materialları şərh edib. Həmin statistikaya əsasən, bəzi şagirdlər arasında oxuyub-yazmaqda çətinlik çəkən, hətta ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkarlanıb. Konkret olaraq, bu kimi hallar 5 nəfər şagirddə qeydə alınıb. 

“Təhsilimizdə ciddi problemlər olsa da, bir məsələ ilə bağlı hər zaman pozitiv danış bilərik: bu, istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycandakı ümumi savadlılıq göstəricisidir. Savadlıqda Azərbaycan bir çox ölkələri, hətta qonşu dövlətləri belə qabaqlaya bilib. Əvvəllərdə ən ucqar dağ kəndlərimizdə belə yazıb-oxumağı bacarmayan tək-tük insana rast gəlinərdi. Bu ənənə indi də davam edir.

Şəxsən mən Dövlət İmtahan Mərkəzinin (DİM) statistikasını o qədər də dəhşətli saymıram. Oxuyub-yazma vərdişləri olmayan şagirdlərin sayı ötən illərdə belə o qədər də çox deyildi. Bu göstəricilər yaxşıya görə dəyişir. 

Ümumiyyətlə oxuyub-yazma bacarığı olmayanların sayı tək rəqəmlə ifadə olunur və bu, hərəsində bir şagird olmaqla müxtəlif rayonların payına düşür”, - deyə Elmin Nuri vurğulayıb.

Onun fikrində 9 və ya 11 il təhsil aldıqdan sonra oxuyub-yaza bilməyən şagirdlər faciə deyil:

“Həqiqətən də, oxuyub-yazma vərdişləri olmayan bir şagirdin sinifdən-sinfə adlaması necə baş verib? Bu, böyük müəmma necə həyata keçib? Doğrudur, 100 minlik məzun kontingenti fonunda 5 rəqəmi çox kiçik, kiçikdən də kiçik görünə bilər. Amma 5 şagirdi ümumi savadlılıq göstəricisi kimi təqdim edə bilmərik. Bu, öz yerində, amma digər tərəfdən, axı bu şagirdlərin hər birisinin buraxılış siniflərinə qədər irəlilələməsi oxuduqları məktəbdə loyallığın çox ciddi şəkildə pozulması hadisəsi deyilmi? 5 yox, deyək ki, 1 şagird olsun, axı həmin 1 şagird sinifdən-sinfə hansısa çox ciddi qayda pozuntularının hesabına “yüksələ” bilib.

Bax, diqqəti bu qeyri-legitimlikdə axtarmalıyıq. Deməli, burada boşluq ümumtəhsil müəssisələrinin öz daxilində baş verən qayda pozuntusudur. Bu təhsil siyasəti deyil! Təhsil siyasəti yüksək səviyyədə hazırlanmış nəzəri və hüquqi bazadır. Sadəcə ayrı-ayrı məktəblər tərəfindən ciddi qayda pozuntularına yol verilib ki, bu kimi hallar da sonradan müşahidə olunub”.

Xatırlada ki, 2016-cı ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK, hazırda DİM) açıqladığı statistikaya əsasən, buraxılış imtahanlarında oxuyub-yazmağı bacarmayan 100-ə yaxın şagird qeydə alınıb. Onlardan 76 nəfəri IX sinif, 24 nəfəri isə XI sinif şagirdləri olub.

Beş il sonra, 2021-ci ildə IX sinif şagirdləri arasında oxuyub-yaza bilməyən şagirdlərin sayı 38 nəfər təşkil edib. Bu, əvvəlki illərlə müqayisədə azalma olsa da, problemin hələ də aktual olduğunu göstərir.

2023-cü il buraxılış imtahanlarının nəticələrinə görə isə oxuyub-yazmaqda çətinlik çəkənlərin sayı daha da azalıb. IX sinif şagirdləri arasında 5 nəfər, XI siniflər üzrə isə cəmi 2 nəfər bu kateqoriyaya aid olunub.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyun 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri