Məktəbə silahlı hücum Xəsarət alanlar var
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsveçin Vestmanland əyalətində maçete ilə silahlanmış şəxs məktəbə daxil olaraq bir neçə nəfərə xəsarət yetirib.
Moderator.az SVT telekanalına istinadən xəbər verir ki, insidentin baş verdiyi əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər çağırılıblar.
Məlumata əsasən, hücum edən şəxs asayiş keşikçiləri tərəfindən yaxalanıb.
"Bölgədə müvafiq tədbirlər davam edir, indiki məqamda əlavə heç nə deyə bilmərik", - deyə yerli polisdən bildirilib.
Hazırda əraziyə təcili tibbi yardım maşınları, polis qüvvələri və xüsusi helikopter cəlb olunub, polisin çevik reaksiya qrupu da hadisə yerindədir.
İsveçin ədliyyə naziri Qunnar Stremmer məsələyə münasibət bildirərək, hökumətin asayiş keşikçiləri ilə daim təmasda olduğunu və hadisələrin inkişafını diqqətdə saxladığını vurğulayıb.
Baxış sayı:68
Bu xəbər 21 Avqust 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















