Icma.az
close
up
RU
Məktəblərdə ardıcıl dəhşətli olaylardan sonra yeni təklif Həftədə bir dəfə...

Məktəblərdə ardıcıl dəhşətli olaylardan sonra yeni təklif Həftədə bir dəfə...

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlərdə məktəblərdə baş verən narahatedici hadisələr cəmiyyətin diqqətini ciddi şəkildə bu sahəyə yönəldib. Bildirilir ki, liseydə şagirdin müəllimə silahlı hücum etməsi, başqa bir məktəbdə 9-cu sinif şagirdinin termosda spirt gətirərək sinif yoldaşını yandırması kimi faktlar artıq tək-tək hadisə deyil, sistemli problemin siqnalıdır. Belə hallardan sonra ən çox səslənən fikir “şagird məktəbdən uzaqlaşdırılsın” olur.

Əslində cəmiyyət üçün potensial təhlükə yaradan bu “çətin” uşaqlarla necə davranılmalıdır? Məktəb psixoloqları bu məsələni necə tənzimləməlidir? Bu kimi halların yaşanmaması üçün valideynlər nə etməlidir?

Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, valideynlər uşaqlarında olan problemləri görmədikcə bu kimi hallar getdikcə artacaq:

“Məsələn, biz bağça yaşından etibarən ana-ataya deyirik ki, uşağın spektr pozuntusu, atipik əlamətləri, yüngül autizmə meyilliyi var. Lakin valideyn heç nə olmamış kimi davranır və problemi qəbul etmək əvəzinə, onun tam sağlam olduğunu iddia edirsə, uşaq böyüdükcə mövcud çətinliklər ört-basdır ediləcək. Digər tərəfdən, uşaqlara susmağı yox, danışmağı öyrətməliyik. Əgər bir şagirdə bullinq edildiyini görürüksə, susmamalıyıq. Sinifdə kimsə zorakılıq edirsə, buna da səssiz qalmamalıyıq. “Susmayın” çağırışı davamlı şəkildə təbliğ olunmalı və cəmiyyətə aşılanmalıdır”.

Zeynəb Eyyubova

Psixoloq bildirib ki, mübahisə edən tərəflərdən biri zalım, digəri məzlum olsa belə, hər bir davranışın səbəbi araşdırılmalıdır:

“Hətta ən sakit varlıq da, məsələn pişik, həddindən artıq sıxışdırıldıqda reaksiya verir, cırmaq atır. Yəni bu cür hadisələr adətən birdən-birə baş vermir, müəyyən prosesin nəticəsi olur. Bir uşaq evdən su qabında spirt və alışqan gətirərək aqressiv davranış nümayiş etdirirsə, bunun arxasında duran səbəblər var və mütləq araşdırılmalıdır. Həm məzlum, həm də zalım tərəf dinlənilməli, onların yaşadığı travmalar üzə çıxarılmalıdır. Xüsusilə sinif yoldaşları ilə də söhbətlər aparmaq vacibdir”.

Zeynəb Əyyubova qeyd edib ki, valideynlər ən azı həftədə bir dəfə məktəbə getməlidir:

“Ana və ata məktəbdə uşaqlarının kimlərlə ünsiyyətdə olduğunu, kimin onu incitdiyini, yaxud kimə qarşı xoşagəlməz davranış göstərdiyini öyrənməlidirlər. Məktəb və valideyn arasında davamlı və sağlam kommunikasiya qurulmalıdır. Bu məsələdə təkcə məktəbi günahlandırmaq düzgün deyil. Bəziləri bildirir ki, məktəbin girişində yoxlama daha ciddi olsaydı, belə hallar baş verməzdi. Amma yoxlama olsa da, su qabının içində spirt olduğunu müəyyən etmək mümkün olmayacaqdı. Buna görə də əsas həll yolu valideyn, məktəb və uşaq arasında sıx əməkdaşlığın təmin edilməsidir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri