Icma.az
close
up
RU
Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunurmu? DETALLAR

Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunurmu? DETALLAR

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsan psixologiyasının formalaşması uşaq yaşlarından başlayır. Bu fikir nə qədər düzgün olsa da, bir çox təhsil müəssisələrində psixoloji məsələlərə ciddi yanaşılmadığını, psixoloqların uşaqlarla işləməsi prosesinin keyfiyyətli getmədiyini görə bilərik. Psixoloqlar olsa da, işin daha çox formal üzərində olması, praktiki işlərin aparılmaması danılmaz faktdır. Bütün bu xoşagəlməz vəziyyət valideynləri narahat edir, narazılığa səbəb olur. Bu sahəyə ciddi yanaşılmamasının nəticəsi nə ola bilər?

“Məktəblərdə xoşagəlməz hadisələri minimuma endirir”

Moderator.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, şagirdlərlə düzgün psixoloji iş aparılmamasının xoşagəlməz nəticələri ola bilər: “Bunlardan biri də son dövrlərdə məktəblərdə tez-tez görülən bullinqdir (uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış). Bu müəllimin şagirdə, şagirdin müəllimə, şagirdin şagirdə qarşı davranışları ola bilər. Bu da nəticədə zorakılıq edən və yaxud etməyən tərəf olmasından asılı olmayaraq, onların  psixologiyasına, gələcəyinə mənfi təsir göstərə bilər. Habelə məktəblərdə arzuolunmaz hadisələr: intihar, dava-dalaş, məktəbin əşyalarına xəta yetirmə,  dərsin akademik mühitinin, təlim-tədris prosesinin pozulması və.s kimi hallar baş verə bilər. Psixoloji iş düzgün qurulsa, bu kimi hadisələrin baş verməsi minimuma enəcək.

“Psixoloq məktəbdəki psixoloji problemlərə müdaxilə etməyi bacarmalıdır”

Təhsil eksperti məktəb psixoloqlarının görməli olduğu tədbirləri vurğulayıb: “Psixoloji iş düzgün aparılmalı, doğru diaqnostika qoyulmalıdır. Şagirdə, valideynə müvafiq tədbirlərin görülməsi üçün yönləndirmələr edilməlidir. Lazım gəldikdə, xüsusi sahə üzrə peşəkarlaşan psixoloq və psixiatrlardan yardım alınmalı, ilkin tədbirlər görülməlidir. Psixoloq risk qrupunda olan şagirdin vəziyyətini öyrənməli, hətta məktəblərdə mümkündüsə, mentorluq xidmətləri, terapiyalar təklif olunmalıdır. Beləcə, məktəb psixoloqu müəyyən qədər problemi aşkarlaya və müdaxilə edə bilər”.

“Məktəblərdə fəaliyyət göstərən psixoloqların əksəriyyəti peşəkar deyil”

Q.Məhərrəmov məktəblərdə bu sahə ilə bağlı həllini gözləyən problemləri vurğulayıb: “Məktəbdə işləyən psixoloqların maaşının qaneedici olmaması, onların iş yerlərinin - məktəbdə kabinetlərinin olmaması peşəkar psixoloqları məktəblərdən uzaqlaşdırır. Təəssüf ki, məktəblərdə fəaliyyət göstərən psixoloqların əksəriyyəti çox zaman bu peşə ilə əlaqəsi  olmayan insanlardır. Təbii ki, bu fikri hər kəsə aid etmək düzgün deyil. Həqiqətən də, çox az peşəkar, idealist, prinsipial psixoloqlar var ki, öz missiyalarını peşəkarcasına yerinə yetirirlər”.

“Psixoloqların işi yaxşılaşdırılmalıdır”

Təhsil eksperti problemin ümumi  həlli yollarına toxunub: “Məktəb psixoloqu yetişdirən universitetlərin bakalvr ixtisaslarında keyfiyyəti artırılmalıdır. İkinci olaraq, keyfiyyətli kadrlar yetişdirdikdən sonra onları məktəblərə geri qazandırmaq üçün məktəblərdə psixoloqlara aid psixoloji kabinetlər yaradılmalı, məktəb direktorları, müavinlər psixoloqların məktəblərdə peşəkarcasına fəaliyyət göstərməsi üçün hər cür şərait yaratmalıdır. Psixoloqların məvacibinin yüksək olmaması da həllini gözləyən digər problemlərdən biridir, çünki psixoloqun işi az məvaciblə görüləcək iş deyil”.

“Uşaqların sağlam psixikada böyüməsi olduqca vacibdir”

Psixoloq, NLP Master Sevinc Məmmədkərimova qeyd edib ki, məktəblərdə psixoloji işin düzgün və hərtərəfli təşkili uşaqların sağlam psixikada böyüməsi üçün olduqca vacibdir: “Bu mövzuda məktəb psixoloqlarının üzərinə böyük məsuliyyət düşür. Onların əsas fəaliyyəti maarifləndirmə tədbirləri keçirmək, şagirdlərin psixoloji vəziyyətini dəyərləndirmək, ehtiyac olduqda ailələrlə əlaqə yaratmaqdır”. 

“Psixoloqların həll olunmağı gözləyən məhdudiyyətlər var”

S.Məmmədkərimova mövzu ilə bağlı bəzi problemləri vurğulayıb: “Təəssüf ki, burada bəzi məhdudiyyətlər var. Hər bir psixoloqa düşən məktəbli sayını nəzərə alsaq, hər bir şagird üçün fərdi yanaşmanı reallaşdırmaq qeyri-mümkündür. Bu, hər bir məktəbliyə lazımı qədər zaman və diqqət ayrıla bilməməsinə səbəb olur. Bu hal gələcəkdə həmin şagirdlərin yetkin yaşda aşağı özünə inam, qərarsızlıq, sosial əlaqələrdə çətinliklər, münasibətlərdə, təhsil və iş həyatında problemlər yaşamasına zəmin yaradır. Təəssüf ki, bir çox məktəblərdə psixoloqun öz otağı belə yoxdur. Bu da əlbəttə ki, görülən işin keyfiyyətinə şübhə yaradır”. 

“Psixoloqlar daima öz üzərində işləməlidir”

S.Məmmədkərimova psixoloqların üzərinə düşən məsuliyyətlərdən danışıb: “Şagirdlərə düzgün yanaşma və peşəkar dəstək üçün məktəb psixoloqlarının daim öz üzərində işləməsi, öz peşə bacarıqlarını təkmilləşdirməsi də vacibdir. Bunun üçün dövlət səviyyəsində müəyyən tədbir və layihələr, ixtisasartırma təlimləri keçirilsə də, çox vaxt bunlar formal xarakter daşıyır. Təlim-tərbiyənin, uşağın psixi sağlamlığının təməlinin ailədən gəldiyini nəzərə alsaq, valideynlərlə psixoloji konsultasiyaların aparılması, maarifləndirici təlim və seminarların keçirilməsi istiqamətində daha çox iş aparılmasına ehtiyac var. Xüsusilə də valideyn-övlad münasibətləri, yeniyetmə psixologiyası, peşə seçimi, uşaq tərbiyəsində vacib məqamlar, erkən nikah, zərərli vərdişlər, davranış problemləri və s. mövzulara daha çox diqqət ayrılmalıdır”.

Sərvanə Rəmixanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Yanvar 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri