“Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində ekskursiyalar keçirilib
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində məktəblilər üçün ekskursiyalar keçirilib.
Nazirlikdən bildirilib ki, İlk ekskursiya Lənkəran şəhərində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cənub Regional Hidrometeorologiya Mərkəzinə baş tutub.
Şagirdlər ekskursiya zamanı bulud növləri haqqında məlumat əldə edib, ərazidə havanın temperaturunu ölçən qurğularla tanış olublar. Daha sonra məktəblilər Xanbulan gölü ətrafında ərazinin flora və faunası ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 10 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















