Icma.az
close
up
RU
Məktəblərdə yeni iş rejimi: repetitorlar işsiz qalacaq? AÇIQLAMA

Məktəblərdə yeni iş rejimi: repetitorlar işsiz qalacaq? AÇIQLAMA

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, Elm və Təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, sertifikasiyadan yüksək bal toplayan müəllimlər üçün daimi iş rejiminə keçid və yüksək əməkhaqqı sistemi tətbiq olunacaq. Onlar 18 saat dərs yükü ilə yanaşı, qalan vaxtlarını təhsilə aid digər fəaliyyətlərə sərf edəcəklər. Nazir vurğulayıb ki, proses könüllüdür və istəməyən müəllimlər əvvəlki kimi saathesabı sistemlə işləməyə davam edə biləcəklər.

Maraqlıdır, yeni sistem repetitorluğu sıradan çıxara bilərmi?

Mövzu ilə bağlı Bakupost.az- a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib ki, artıq bir neçə həftədir müəllimlərin maaşının keçdikləri dərs saatına görə yox, iş saatına görə hesablanması müzakirə olunur:

“Bir çox müəllimlər sosial şəbəkələrdə və ümumiyyətlə, ictimaiyyətdə bununla bağlı ciddi narazılıq və narahatlıqlarını bildiriblər. Bu qərar elə başa düşüldü ki, sanki o, yalnız və yalnız repetitorluğa qarşı mübarizə kimi qiymətləndirilməli və repetitorluğun ləğvinə hesablanmış bir proses kimi qəbul olunmalıdır. Xeyr, şəxsən mən belə düşünmürəm.

Bəli, bu qərarla bağlı düşüncələrdə repetitorluq məsələsi bir element kimi yer alır. Niyə? Çünki repetitorluğun tam ləğvi ümumiyyətlə, mümkün deyil, amma onu müəyyən qədər zəiflətməyə gəlincə, 8 saatlıq iş rejiminin müəyyən öhdəlikləri olacaq”.

Ekspert bildirib ki, dünyanın bir çox ölkələrində bu sistem mövcuddur və bizdəki kimi müəllimin əməkhaqqısının dərs saatına görə hesablanması çox az ölkələrdə qalıb:

“Əksər ölkələrdə isə iş saatına görə - 9:00–18:00 və ya 08:00–17:00 prinsipi ilə işlənir. Ümumilikdə, 8 saatlıq iş prinsipinə əsaslanır. Amma bu, o demək deyil ki, maaşlar dərs saatına görə hesablananda 20-22 saat dərs deyən müəllim nə qədər maaş alırdısa, indi də iş saatına görə hesablananda eyni məbləği alacaq. Bu, nə belə olub, nə də belə ola bilər.Təhsil naziri Emin Əmrullayev məsələyə aydınlıq gətirərək bildirib ki, bu proses könüllüdür. Yəni iş saatına görə məktəbdə qalmaq istəməyən müəllim qalmaya bilər. Bu prosesə yalnız sertifikasiyada yüksək bal toplayan müəllimlər cəlb olunacaqlar. Çünki əvvəlki qaydada öz dərslərini keçməklə yanaşı, 8 saatlıq iş qrafikində işləmələrinə imkan verən bəzi yeniliklər tətbiq olunmalıdır. Məsələn, şagirdlərlə fərdi iş, valideynlərlə əməkdaşlıq, mövzulara daha yaxşı hazırlıq, sosial aktivliyin artırılması və s”.

E.Nuri qeyd edib ki, repetitorluq məsələsi isə sadalanan detalların yalnız şagirdlərlə fərdi iş meyarını əhatə edir:

“Biz 8 saatlıq iş rejiminin mahiyyətini kənara qoyub məsələyə yalnız müəllimin uşağa fərdi hazırlıq keçməsi və bunun nəticəsində repetitorluğun zəifləməsi kimi baxırıq. Bu, belə olmayacaq. Repetitorluğun tam ləğvindən söhbət belə gedə bilməz. Çünki bizim təhsil sistemi, çox təəssüf ki, repetitorluq institutunun məngənəsindədir. Oradan çıxış və xilas yolu hələlik real görünmür. Bu, təəssüfləndirici mənzərədir. Amma bu proses repetitorluğa axının müəyyən qədər qarşısını almağa hesablanıb. Repetitorluqla mübarizə bir-iki günün işi deyil, bunun üçün illər lazımdır. Əgər maaşın dərs saatına görə yox, iş saatına görə hesablanması sistemi uğurlu olarsa, yəni müəllimin dərsdən sonra – axşam saat 6-ya qədər məktəbdə olduğu vaxtda gördüyü işlər maddi baxımdan dəyərləndirilərsə, o zaman repetitorluq ciddi zərbə ala bilər. Amma çox təəssüf ki, mən bir çox məktəblərdə bunun baş verəcəyini gözləmirəm. Çünki bu gün verilən bu kimi qərarlardan asılı olmayaraq, repetitorluq institutunun miqyası o qədər genişdir ki, onun ləğvindən danışmağa belə ehtiyac yoxdur”.

Lalə Novruz, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri