Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Məktəbləri öz qanunları ilə idarə edən direktorlar: Nə dəyişməlidir?

Məktəbləri öz qanunları ilə idarə edən direktorlar: Nə dəyişməlidir?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Məktəb direktorlarının vəzifə səlahiyyətlərindən sui-istifadəsi, qeyri-etik davranışları səbəbilə işdən azad olunması və töhmət alması halları artmaqdadır.

Bakıvaxtı.azxatırladır ki, təkcə son 2 gündə 6 məktəb direktoru ilə bağlı tədbirlər görülüb.

Belə ki, Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyevanın və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidovanın əmək müqaviləsinə xitam verilib.

Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Babayeva Taliə Akif qızının da əmək müqaviləsinə xitam verilib.

Həmçinin əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynova və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan başqa, sosial şəbəkədə yayılan və Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq. Bildirilib ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.

Yayılan bu xəbərlər və baş verən özbaşınalıqlar yalnız həmin təhsil müəssisənin adına deyil bütövlükdə təhsil sistemimiz üçün ləkədir.

Bu hallar direktor seçiminin, onların işə qəbul prosesinin daha da təkmilləşdirilməsinin zəruriliyini ön plana çəkir.

Maraqlıdır, bir məktəbi idarə etməli olan şəxs niyə özü qaydalara əməl etmir?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, son zamanlar məktəb direktorlarının işdən azad edilməsi və onlara inzibati cəzaların verilməsi hallarının artması təkcə fərdi səhvlərin nəticəsi deyil, əslində təhsil sistemindəki daha dərin struktur problemlərin və idarəetmə böhranının əlamətidir.

K.Əsədovun sözlərinə görə, bu hallar yeni deyil, lakin onların ictimailəşmə intensivliyi, sosial şəbəkələrdə geniş əks-səda doğurması və cəmiyyətin artan tələbləri fonunda daha görünən və narahatedici hala gəlib.

Ekspert qeyd edib ki, illərdir yığılıb qalmış problemlərin indikindən daha sürətli və sərt formada cəzalandırma ilə həllinə yönəlməsi həm mövcud idarəetmə modelinin sınması, həm də yeni mexanizmlərin tətbiqində tələskənliyin göstəricisidir:

Kamran Əsədov: Bu hallar məktəb rəhbərlərinin toxunulmaz olmadığını göstərir

Müsahibimiz son beş ildə məktəb direktorlarının fəaliyyətinə nəzarət və qiymətləndirmə sisteminin dəyişdirildiyini, Elm və Təhsil Nazirliyi ilə yanaşı, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və regional təhsil idarələri vasitəsilə mütəmadi monitorinqlər aparılmağa başlandığını nəzərə çatdırıb. Əsədob qeyd edib ki, ETN-nin 2023-cü ilə dair rəsmi hesabatına görə, təkcə ötən il 300-dən çox məktəbdə yoxlamalar keçirilib, onların 72-də ciddi nöqsanlar aşkar olunub, 47 direktora töhmət verilib, 18 nəfər vəzifədən azad edilib:

“Bu qərarlar əsasən məktəbdaxili sənədləşmənin pozulması, məktəb fonduna qanunsuz vəsait yığılması, şagirdlərin təhlükəsizliyinin təmin olunmaması, etik davranış qaydalarının pozulması və müəllimlərin dərs bölgüsündə qeyri-obyektiv yanaşma ilə əsaslandırılıb. Belə hallar bir tərəfdən ictimaiyyət tərəfindən haqlı olaraq tələbkarlıq kimi qəbul edilsə də, digər tərəfdən sistemin bu halları zamanında qarşısını ala bilmədiyini də göstərir”.

Ekspertin fikrincə, direktorların vəzifədən azad edilmə halları həm də onların təyin edilməsindəki uzunmüddətli struktur problemlərin nəticəsidir. Həmsöhbətimiz əlavə edib ki, 2022-ci ildə keçirilən direktorların işə qəbulu imtahanında iştirak edən 3500 nəfərdən yalnız 17%-i keçid balı toplayıb ki, bu fakt, hazırda məktəblərdə çalışan direktorların əhəmiyyətli bir hissəsinin bu cür imtahanları verə biləcək minimum bilik və bacarığa malik olmadığını göstərir:

“Əslində, bu rəqəmlər direktorların illərlə təyinat sistemində hansı meyarlarla seçildiyini və bu idarəçi təbəqənin formalaşmasında necə qeyri-peşəkar yanaşmanın üstünlük təşkil etdiyini üzə çıxarır. Əgər rəhbər vəzifəyə gələn şəxs keyfiyyətli müsahibə və imtahan prosesi ilə deyil, şəxsi əlaqələr və ya formal mexanizmlərlə seçilirsə, o zaman nəticədə səriştəsizlik, nəzarətsizlik və özbaşınalıq qaçılmaz olur”.

K.Əsədov vurğulayıb ki, hazırda qüvvədə olan “Təhsil haqqında” qanunun 20.1-ci maddəsinə əsasən, ümumtəhsil müəssisəsinin rəhbəri bu vəzifəyə təyin edilərkən pedaqoji və idarəetmə bacarığına, etik davranış standartlarına və qanunvericilik biliklərinə sahib olmalıdır. Reallıqda bu tələblərin praktik icrası ilə bağlı ciddi boşluqlar mövcuddur:

“Həmçinin, həmin qanunun 26-cı maddəsində məktəb rəhbərinin fəaliyyətinə nəzarət mexanizmləri sadalanır, lakin bu nəzarət mexanizmləri əsasən inzibati xarakter daşıyır və preventiv deyil, cəzalandırıcı mexanizmlərlə işləyir. Nəticədə sistem direktorun pozuntusunu erkən mərhələdə deyil, artıq ictimailəşəndən sonra “görür” və bu zaman qərar da sərt olur”.

Müsahibimiz hesab edir ki, direktorların işdən azad olunması hallarının artması bir mənada müsbət dinamika da yaradır. Onun sözlərinə görə, bu hallar məktəb rəhbərlərinin toxunulmaz olmadığını, qanun pozuntusuna görə cavabdehlik daşıdıqlarını göstərir. Bu da məktəbdaxili intizamın güclənməsi, valideynlər və müəllimlərin səsini daha tez eşitdirən mühitin yaranması baxımından əhəmiyyətlidir.

Ekspert eyni zamanda nəzərə çatdırıb ki, bu proses məktəb rəhbərlərinin daha şəffaf idarəetməyə keçməsi üçün bir siqnaldır:

“Lakin bu pozitiv yanaşmanın dayanıqlı və sistemli nəticə verməsi üçün müvafiq qanunvericilikdə dəyişikliklər, məktəb direktorlarının rotasiyası, peşəkar inkişafı, idarəetmə bacarıqlarının qiymətləndirilməsi və psixoloji dayanıqlılıq testləri ilə müşayiət olunması vacibdir”.

Dünya təcrübəsi ilə bağlı fikirlərini bölüşən həmsöhbətimiz deyib ki, Finlandiya, Estoniya və Sinqapur kimi ölkələrdə məktəb direktorları yalnız pedaqoji sahədə deyil, həm də liderlik, idarəetmə və innovasiya yönümlü bacarıqları üzrə seçilirlər. Finlandiyada direktorlar üçün minimum 2 illik pedaqoji liderlik kursu keçmək məcburidir. Estoniyada məktəb direktorlarının peşəkar fəaliyyəti hər iki ildən bir təhlil olunur və nəticələrə əsasən rotasiya, əlavə təlim və ya vəzifədən uzaqlaşdırma qərarları verilir:

“Azərbaycanda isə hələ də direktorların peşəkar inkişafı sistematik və davamlı xarakter daşımır. Bu səbəbdən yalnız cəzalandırma tədbirləri ilə sistemin təkmilləşməsi mümkün deyil”.

O bu tendensiyanın davam edəcəyi təqdirdə, daha çox direktor işdən azad ediləcəyini, amma məktəblərin idarəetmə keyfiyyətinin dəyişməyəcəyini diqqətə çatdırıb.

“Nə dəyişməlidir sualının cavabı aydındır. Məktəb direktorlarının seçimi və yetişdirilməsi prosesi tamamilə təkmilləşdirilməli, yalnız imtahanla deyil, praktik bacarıqlara əsaslanan çoxmərhələli seçim sistemi tətbiq olunmalıdır. Eyni zamanda, məktəb direktorlarının səlahiyyətləri də genişləndirilməlidir: məktəbin büdcəsinə təsir imkanı, müəllimlərin seçimi və sosial layihələrin təşkili hüquqları onlara verilməlidir ki, nəticəyə görə məsuliyyət daşımaq da mənalı olsun. Əks halda, məsuliyyətin olduğu, amma səlahiyyətin verilmədiyi şəraitdə nəinki direktorlar, bütövlükdə məktəb sistemi funksional ola bilməz”,- deyə Kamran Əsədov fikrini tamamlayıb.

Baş verən bu qədər neqativ hallar fonunda maraqlıdır, direktorlar işə götürülərkən hansı göstəriciləri nəzərə alınır?

Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, direktorların işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir.

Nəzərə çatdırılıb ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Qeyd olunub ki, namizəd haqqında məlumatların müsabiqə şərtlərinə uyğun olduğu araşdırılır və tələblərə cavab verən namizədlərin elektron ərizələri təsdiq edilir.

Test imtahanında namizədlərə 60 test tapşırığı təqdim edildiyi və sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunduğu vurğulanıb.

“Mövzular üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılır. Müsahibə mərhələsində namizədlər emosional intellekt, kommunikasiya və komanda qurmaq bacarığı, təqdimetmə bacarığı, liderlik və problem həlletmə bacarığı meyarları əsasında qiymətləndirilir. Müsahibə mərhələsinin nəticəsinə əsasən, namizədlərin vakant yerlərə yerləşdirilməsi yerli təhsili idarəetmə orqanının rəyinə uyğun olaraq komissiya tərəfindən aparılır”,- deyə agentlikdən bildirilib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri