Icma.az
close
up
RU
Məktəblərin önündə sürət həddinin aşağı endirilməsi üçün hansı addımlar atılmalıdır? SORĞU VİDEO

Məktəblərin önündə sürət həddinin aşağı endirilməsi üçün hansı addımlar atılmalıdır? SORĞU VİDEO

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni tədris ilinin başlamasına sayılı günlər qalsa da, məktəblərin ətrafında yol təhlükəsizliyi ilə bağlı problemlər hələ də davam etməkdədir.
Avtosfer.az xəbər verir ki, məktəb qarşısında avtomobillərin yüksək sürətlə hərəkət etməsi piyadaların – xüsusən də şagirdlərin həyatını riskə atır. Mövcud yol nişanları və sürət həddi tələblərinə baxmayaraq, bəzi sürücülərin bu qaydalara laqeyd yanaşması vəziyyəti daha da təhlükəli edir. Xarici ölkələrdə məktəb və universitet yollarında xüsusi sürət azaldıcı maneələrin tətbiqi geniş yayılmış olsa da, ölkəmizdə bu cür tədbirlər hələ ki, çox məhdud şəkildə həyata keçirilir. Təhsil müəssisələrinin qarşısında təhlükəsizliyin artırılması üçün əlavə addımların atılması zərurəti gündəmdə qalır.
Mövzu ilə bağlı vətəndaşların və sürücülərin münasibətini öyrəndik. Onlar bildirirlər ki, yaxşı olar ki, həm sürücülər, həm də valideyin və şagirdlər diqqətli olsunlar. Həmçinin təhsil ocaqlarının ətraf ərazilərində piyada keçidlərinin görünməsinə müəyyən işıqların qoyulmasının daha yaxşı olacağını deyiblər. 


Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, ölkəmizdə bu problemin həlli üçün uyğun nümunələr var. Lakin bu nümunələri kütləviləşdirmək ölkə yolları üçün daha effektli ola bilər:
“Məktəblərin ətrafında yol hərəkətinin düzgün tənzimlənməsinə ciddi ehtiyac var. Çünki baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri yüksək sürət və təhlükəli manevrlərdir. Bu problemi aradan qaldırmağın ən effektiv yollarından biri süni maneələrin, yəni sürücünü məcbur edən vasitələrin tətbiqidir. Məsələn, Bakı şəhərində Bəsti Bağırova küçəsində quraşdırılmış xüsusi çıxıntılar sürücüləri avtomatik olaraq sürəti azaltmağa məcbur edir. Bu təcrübəyə dünyanın müxtəlif ölkələrində də rast gəlinir. Mənzərəni Qarabağa səfər zamanı Xankəndidə də müşahidə etmək mümkündür. Bu isə sübut edir ki, tətbiq olunan mexanizm qanunda əksini tapmasa belə, real həyatda öz təsirini göstərir”. 
Ekspert onu da qeyd edib ki, Türkiyə, Rusiya və Qazaxıstan kimi ölkələrin qanunvericiliyində süni maneələrin tətbiqi ayrıca qeyd olunur:
“Azərbaycanda isə hazırda əsasən yol nişanları və kameralarla sürətə nəzarət edilir. Amma təcrübə göstərir ki, bu üsullar hər zaman kifayət qədər effektiv olmur. Sürücü nişanda sürət həddini görsə də, qaydanı pozaraq yüksək sürətlə hərəkət edə bilir. Süni maneələr isə sürücünü məcbur edir ki, avtomobilinə ziyan dəyməsin deyə sürəti azaltsın. Bu baxımdan xüsusilə məktəblərin və universitetlərin ətrafında bu vasitələrin tətbiqi vacibdir. Beləliklə, həm şagirdlərin, həm də tələbələrin təhlükəsizliyi üçün real addım atılmış olar”.


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Avqust 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri