Icma.az
close
up
RU
Məktəbli avtobusları təhsil sisteminə hansı tövhəni verəcək? Ekspert açıqladı

Məktəbli avtobusları təhsil sisteminə hansı tövhəni verəcək? Ekspert açıqladı

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kim, növbəti tədris ilindən məktəb avtobuslarının fəaliyyətə başlamasını planlaşdırılır.

Bu haqda elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

"Bununla bağlı bəzi layihələr hazırlanıb. Hətta deyə bilərəm ki, bəzi məktəblərdə prosesi ölçmək və qiymətləndirmək baxımından dizayn olaraq həyata keçiririk. Növbəti tədris ilində artıq məktəbli avtobuslarının fəaliyyətə başlaması planlaşdırırlır. Bu, əhalinin, tıxacın daha çox olduğu yerlərdə təşkil ediləcək" - deyə o əlavə edib.

Bəs, məktəbli avtobusları təhsil sistemində hansı dəyişikliklər yaradacaq? Günümüz üçün bu vacibdirmi? 

AZXEBER.COM üçün sualları cavablandıran təhsil eksperti Elmin Nuri məktəbli avtobuslarının dünyanın bir çox ölkələrində fəaliyyət göstərdiyini bildirib:

"Bəli, bu gün özünüz də məlumatlısınız ki, dünyanın bir çox ölkələrində orta ümumtəhsil seqmentində, xüsusən də aşağı siniflər üçün məktəb avtobusları fəaliyyət göstərir.

Bu həm özəl tədris müəssisələrində, həm də dövlətə bağlı olan tədris müəssisələrində var. Məktəbli avtobuslarının fəaliyyət göstərməsinin bir neçə səbəbi var ki, onlardan ən başlıcası təhlükəsizlik amilidir. Bununla yanaşı azyaşlıları təhlükələrdən, müəyyən baş verə biləcək kriminal olaylardan qorumaqdan ötrü təhlükəsiz şəkildə məktəbə daşınmasını həyata keçirməkdir. 

Digər bir amil kəskin hava şəraitində uşaqların komfortunu qoruyaraq evə və məktəbə daşınmasını həyata keçirtməkdir. 

İşgüzar valideynlərinin bu istiqamətdə qayğısını azaltmaq, onları vaxt sərf etmək problemindən xilas etmək üçün məktəbli avtobuslarından istifadə olunması da səbəblərdəndir.

Təhsil eksperti məktəbli avtobuslarının məktəblərin önündə yaranan tıxacların qarşısını almaq üçün faydalı olacağını da bildirib:

"Məktəbli avtobuslarının fəaliyyətə başlamasının məktəblərin önündə yaranan tıxac probleminə qarşı da çox ciddi faydası olacaq. Qeyd edim ki, məktəb önlərində tıxacların olması tək bizim ölkədə deyil. Bütün ölkələrdə məktəblərin önündə tıxac var.

Məktəbli avtobuslarının fəaliyyətinin uşaqların sosiallaşmasına da təsirsiz olmayacağını deyən ekspert sözünə belə davam edib:

"Avtobusların fəaliyyətə başlanması bizim kimi kiçik görünə bilər. Çünki biz həyatın o mərhələsini çoxdan keçmişik. Ancaq hazırda təhsilini davam etdirən azyaşlılar üçün fəaliyyətə başlaması gözlənilən məktəbli avtobusları uşaqların sosiallaşması baxımından da təsirsiz qalmayacaq. 

Amma bu gün gördüyü təkcə məktəb və ailəsi, ev olan 8-9 yaşlı uşaq məktəb avtobusunda özü təkbaşına, yoldaşları ilə birlikdə məktəbə gedib, oradan geri qayıdır, yol boyu müxtəlif oyunlar oynayıb, dərslərlə bağlı intelektual söhbət edəcəklər. Bu də onların sosiallaşmasına daha çox kömək edəcək”.

Ekspert bir çox ölkələrdə məktəbli avtobuslarının uğurlu layihə kimi dəyərləndirildiyini vurğulayıb:

"Bu gün bir çox Avropa ölkəsində məktəbli avtobusları uğurlu layihə olaraq qiymətləndirilir. Ancaq məsələnin bir tərəfi də avtobusların sərfiyyət məsələsidir. Özəl təhsil müəsissələrində valideynə təqdim olunan xərclər paketində məktəbli avtobusu üçün ayrıca məbləğ, qiymət göstərilir. Məsələn, elə özəl məktəb var ki, valideynə bu qiymətdən imtina hüququnu vermir. Yəni, sən uşağı bu məktəbdə oxutmaq istəyirsənsə, mütləq bizim məktəbli avtobusunun pulunu ödəməlisən və mütləq uşaq avtobusla gedib-gəlməlidir.

Amma elə özəl məktəb də var ki, o bu seçim haqqını valideynə verir.

Dediyim kimi, hər bir halda bu 5 prinsipin heç olmasa üçü bizdə tətbiq olunacaqsa, məktəblə avtobuslarının var olması çox zəruri olacaqdır”.

Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri