Icma.az
close
up
RU
Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Müasir Azərbaycanda vicdan azadlığı, dini etiqad və dini qurumların fəaliyyəti hüquqi çərçivədə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasında din və dövlət münasibətlərinin dünyəvilik prinsipi əsasında qurulması, dini etiqad azadlığı və qanun qarşısında bərabərlik kimi müddəalar təsbit olunub. Ölkənin Əsas Qanununa görə, Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Bunu AZƏRTAC-a açıqlamasında Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev bildirib.

Elnur Mustafayev qeyd edib ki, dünyəvi təhsil dini etiqadın inkarı demək olmadığı kimi, dini etiqad azadlığı da təhsilin dini qaydalar əsasında təşkil edilməsi anlamına gəlmir. Bu iki prinsip hüquqi çərçivə, qarşılıqlı hörmət və uşağın üstün mənafeyi əsasında uzlaşdırılmalıdır. Dünyəvilik dinə qarşı münasibət kimi deyil, dövlət təhsilinin müxtəlif inanclara münasibətdə qərəzsizliyi və elmi əsaslarla təşkili kimi başa düşülməlidir. Bu yanaşma təhsil müəssisələrinin bütün şagirdlərə bərabər münasibət göstərməsini, onların dünyagörüşünə hörmətlə yanaşmasını və tədris prosesinin elmi prinsiplər əsasında qurulmasını nəzərdə tutur. Təhsil müəssisəsi qərar qəbul edərkən uşağın təhlükəsizliyini, təhsil hüququnu, psixoloji rifahını və inkişaf etməkdə olan müstəqil düşüncəsini nəzərə almalıdır..

Ekspertin sözlərinə görə, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid məktəbli geyim forması tətbiq olunur və bu qaydalara riayət edilməsi Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Bu məsələdə tarazlığın qorunması yalnız məktəb rəhbərliyinin üzərinə düşən vəzifə deyil. Ailə, məktəb və dövlət arasında sıx əməkdaşlıq olmalıdır. Dövlət və cəmiyyət olaraq dünyəvi təhsilin hüquqi təminatlarını yaratmalı, vicdan azadlığını qorumalı, təhsil müəssisələrində ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalı və müəllimlərin bu sahədə hazırlığını dəstəkləməliyik.

Məsələyə insan hüquqları aspektindən baxış

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib ki, Azərbaycanda heç bir din dövlət dini statusuna malik deyil və bütün dinlər bərabər hüquqludur.

“Ölkəmizdə ənənəvi dinlərlə yanaşı, qeyri-ənənəvi dini inancların da daşıyıcıları var. Belə olan halda hər bir şəxsin öz dini mənsubiyyətini və ya əqidəsini geyim vasitəsilə məktəb mühitinə gətirməsi məsələsinə ümumi təhsil prinsipləri çərçivəsində yanaşılmalıdır. Məktəb elə bir məkandır ki, burada geyim qaydalarına, təhsil mühitinə və qəbul edilmiş normalara riayət olunması vacibdir. Tədris prosesi ilə məşğul olan şəxslər də məktəbin dünyəvi xarakterini və mövcud qaydaları nəzərə almalıdırlar. Bu məsələlər vicdan azadlığı kontekstində düzgün qiymətləndirilməlidir. Məktəblərdə vahid geyim formasının tətbiqini avtomatik olaraq vicdan azadlığının məhdudlaşdırılması kimi təqdim etmək doğru deyil. Burada dünyəvi təhsil prinsipləri, məktəbin daxili qaydaları və şəxsin öz dini etiqadını ifadə etmək hüququ arasındakı fərqlər nəzərə alınmalıdır.

Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olduğu təsbit edilib. Konstitusiyanın 18-ci maddəsində isə dinin dövlətdən ayrı olduğu, bütün dini etiqadların qanun qarşısında bərabərliyi və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması prinsipləri müəyyənləşdirilib. Bu müddəalar Azərbaycanda təhsil prosesinin dünyəvi əsaslar üzərində qurulduğunu göstərir.

Hər kəs öz dini əqidəsini ifadə etmək, eləcə də hər hansı dinə inanmamaq hüququna malikdir. Buna görə də şəxsin dini etiqadını ifadə etmək azadlığı ilə təhsil müəssisəsində vahid geyim qaydalarına riayət olunması məsələsi eyniləşdirilməməlidir. Vicdan azadlığı ayrıca hüquqi və mənəvi anlayışdır və məktəbli forması ilə bağlı müzakirələrdə bu fərq nəzərə alınmalıdır. Dünyanın bir çox ölkəsində vahid məktəbli formasının tətbiqi normal təhsil praktikası hesab olunur. Bu ənənə müxtəlif cəmiyyətlərdə fərqli formalarda həyata keçirilsə də, onun əsas məqsədlərindən biri məktəb mühitində ümumi qaydaların və vahid yanaşmanın qorunmasıdır. Azərbaycanda da məktəbli forması məsələsi dünyəvi təhsil prinsipləri, sosial bərabərlik, məktəb mədəniyyəti və qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir”, - deyə ekspert bildirib.

Təxribat cəhdləri yolverilməzdir

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə məsələyə münasibət bildirərkən dini mövzuların manipulyasiya alətinə çevrilməsinin, bu həssas sahədə müzakirələrdən sui-istifadə edilməsinin və müxtəlif təxribat cəhdlərinin yolverilməz olduğunu vurğulayıb. O son günlər məktəblərlə bağlı yayılan hadisələrə münasibət bildirərək qeyd edib ki, belə məsələlərə münasibətdə hər kəs son dərəcə diqqətli, soyuqqanlı və təmkinli davranmalıdır.

“Azərbaycan müstəqil dövlətdir və ölkəmizdə gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişməsi üçün dövlət tərəfindən davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir, zəruri addımlar atılır. Gənclərin sağlam mühitdə böyüməsi və inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan, dini məsələlərin müzakirəsi zamanı cəmiyyətdə qarşıdurma yaratmağa yönəlmiş yanaşmalardan uzaq durmaq, milli-mənəvi dəyərlərə hörmət və ictimai məsuliyyət prinsiplərini əsas götürmək vacibdir”, -deyə deputat vurğulayıb.

Müxbir - Səbinə Əlizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri