Icma.az
close
up
RU
Məktəbli formasının məqsədi intizamlı təhsil mühiti yaratmaqdır Pedaqoq

Məktəbli formasının məqsədi intizamlı təhsil mühiti yaratmaqdır Pedaqoq

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Məktəbli forması ilə bağlı yeni qaydalar tətbiq olundu. Ümumiyyətlə, məktəbli formasına adi bir geyim məsələsi kimi baxmamalıyıq. Məktəb forması məktəb mədəniyyətinin və məktəbdəki ümumi qaydaların bir hissəsi hesab olunmalıdır. Ona görə də vahid məktəb formasının bu mənada müəyyən üstünlükləri var və verilən qaydalarda da bunu görmək mümkündür".

Bunu Redaktor.az-a açıqlamasında pedaqoq, uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, “Valideyn Məktəbi”nin təsisçi-rəhbəri, Günəş Psixoloji Sağlamlıq Mərkəzinin icraçı direktoru Aysel Rəsulzadə bildirdi.

Onun fikrincə, yeni tətbiq olunan bu qaydalar uşaqlar, şagirdlər arasında geyim üzərindən sosial fərqlərin daha az görünməsinə kömək edə bilər:

"Uşaq səhər məktəbə gedəndə əsas diqqəti hansı markanı geyinməsinə, kimin daha bahalı və ya daha dəbli geyinməsinə deyil, öyrənməyə və ünsiyyətə yönəlməlidir. Digər tərəfdən, vacib bir məqam da odur ki, forma uşağın nə fiziki, nə də ümumilikdə ruhsal olaraq şəxsiyyətini sıxmamalıdır. Bəzən biz uşağa “sən belə geyinməlisən, çünki mən belə istəyirəm, məktəbin qaydası budur” deyib, bunları əmr formasında çatdırırıq. Uşaqlara belə mesaj verməkdənsə, qaydanın məqsədi izah edilməlidir: vahid məktəbli forması niyə tətbiq olunur?".

Müsahibimizin sözlərinə görə, şagird bilməlidir ki, məktəbin müəyyən qaydaları var:

"Necə ki, evimizin öz qaydaları var, məktəbdəki qaydalar da ümumi məktəb mühitinin nizam-intizamı üçün çox vacibdir. Digər tərəfdən, xüsusilə yeniyetmələr vahid məktəbli formasının olmasına həmişə həssas yanaşırlar. Çünki onlar artıq öz fərdiliklərini geyimləri, saç düzümləri və üslubları ilə ifadə etməyə çalışırlar. Ona görə də məktəb forması ilə bağlı qaydalar tətbiq olunarkən uşağın ləyaqətinə, rahatlığına və yaş xüsusiyyətlərinə mütləq hörmət olunmalıdır.

Mən valideynlərə deyərdim ki, bu mənada uşağın qarşısında məktəb qaydalarını daim müzakirə edib mənfi münasibət formalaşdırmaq lazım deyil. Əgər valideyn qaydanı düzgün hesab etmirsə, bunu məktəb rəhbərliyi ilə müzakirə edə bilər. Amma uşağa qaydalara əməl etməyin məsuliyyət olduğunu öyrətmək lazımdır. Burada mənim üçün çox mühüm olan bir məqam da var: məktəb formasının vahid olması uşaqların, şagirdlərin fərdiliyinin də vahid olması demək deyil. Onların düşüncələri, bacarıqları, istedadları və ümumilikdə xarakterləri ilə hər biri fərqli bir fərddir. Məqsəd vahid forma olsa belə, uşaqların şəxsiyyət kimi formalaşmasına yönəlməkdir. Məktəb rəhbərliyi də, məktəb mühiti də məhz bu fərqlilikləri inkişaf etdirməlidir. Ümumilikdə, valideyn-məktəb olaraq mövqeyimiz bundan ibarətdir ki, geyimdə vahidlik ola bilər, amma uşağın şəxsiyyətində vahidlik qətiyyən olmamalıdır. Məktəbli formasının məqsədi uşağı fərdiliyindən məhrum etmək yox, ona sağlam və intizamlı təhsil mühiti yaratmaqdır".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Sentyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri