Məktəblilərin təhlükəsizliyi ilə bağlı mühüm addım FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Özbəkistan paytaxtında şagirdlərin təhlükəsizliyi ilə bağlı maraqlı tədbir görülüb.
Avtosfer.az xəbər verir ki, Daşkəndin daxili məhəllələrində yerləşən məktəblərin ətrafında yolların əksəriyyətində hərəkət birtərəfli edilib. Qaydanı pozanları sanballı cərimə gözləyir. Məqsəd məktəblərin qarşısında xaotik hərəkəti azaltmaq və sürücülərin yola qaçan şagirdləri görməsini təmin etməkdir.
Özbəkistanda təhsil günü meqa tıxacların qarşısını almaq üçün daha bir maraqlı addım da atılıb. Orta məktəblərdə və ali məktəblərin 1-ci kursunda dərslər sentyabrın 2-də başladığı halda, yuxarı kurslarda məşğələlər sentyabrın 8-də başlayacaq.
Ötən il isə, Daşkənd metropoliteninin işini yüngülləşdirmək üçün paytaxtda yerləşən universitetlərdə dərs saatları dəyişdirilib. Bu qayda indi də qüvvədədir.
PS. Görəsən özbək rektorlar tıxaca və universitet qarşısındakı izdihama görə valideynləri ittiham edirlərmi?
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 Sentyabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















