Melaniya Tramp: “Oleşkidə atəşkəs başa çatdı, 800 nəfər təxliyə edildi”
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Oleşki şəhərində humanitar missiya çərçivəsində təxminən 800 nəfərin təxliyə olunduğunu açıqlayıb. O, əməkdaşlığa görə Rusiya və Ukraynaya təşəkkür edib.
Bizim.Media xəbər verir ki, Melaniya Tramp bu barədə “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, humanitar missiya uğurla başa çatıb, bölgəyə həyati əhəmiyyətli yardım çatdırılıb və təxminən 800 nəfərin təhlükəsiz əraziyə köçürülməsi təmin edilib. O, Oleşkidəki atəşkəsin iki ölkə arasında davamlı sülh üçün əsas olacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Xerson vilayətində oktyabrın 27-dən noyabrın 1-dək qüvvədə olan atəşkəs başa çatıb.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinetsin məlumatına görə, təxliyə edilən ən yaşlı şəxsin 94, ən gəncinin isə bir yaşdan bir qədər çox yaşı olub. İnsanlarla birlikdə ev heyvanları da təxliyə edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Noyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















