Icma.az
close
up
RU
Məlumat bazası yaradılıb, Qərbi Azərbaycanlılara məxsus arxiv sənədləri toplanır

Məlumat bazası yaradılıb, Qərbi Azərbaycanlılara məxsus arxiv sənədləri toplanır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Milli Məclisdə "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalına son qoyulmaqla yanaşı, həm də vaxtilə Ermənistan ərazisindən deportasiya olunmuş soydaşlarımızın öz doğma yurdlarına qayıtmasına zəmin yaranıb. 

Əziz Ələkbərli qeyd edib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasını ziyarət edərkən bildirmişdi ki, soydaşlarımızın öz yurd-yuvalarına qayıtması kortəbii şəkildə yox, planlaşdırılmış şəkildə həyata keçirilməlidir: “Qərbi Azərbaycan məsələsinin beynəlxalq aləmdə ciddi şəkildə qəbul olunmasında Prezident İlham Əliyevin mühüm rolu var. Bu müddətdə qardaş Türkiyə də daxil olmaqla, Qərbi Avropanın bir sıra dövlətlərində bu məsələ dəfələrlə qaldırılıb. Ölkəmizə qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar belə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını onların müstəsna hüququ kimi qəbul etməkdədir. Bir müddət əvvəl Qambiyada 57 dövlətin iştirakı ilə keçirilən tədbirdə həmin ölkələrin soydaşlarımızın Qərbi Azərbaycana qayıtmaq hüququ ilə bağlı qəbul etdiyi qətnamə də bu məsələyə beynəlxalq diqqətin cəlbi baxımından mühüm əhəmiyyət daşıyır”. 

Millət vəkili, Qərbin Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov bildirib ki, icmanın tərkibində yaradılan şura ilk günündən aktiv şəkildə fəaliyyət göstərir: “Türkiyədə Qərbi Azərbaycan əsilli insanların yaratdığı dərnəklər fəaliyyət göstərir. Bizim orada keçirdiyimiz tədbirlərdə həmin dərnəklərin təmsilçiləri də aktiv şəkildə iştirak edir. Bununla yanaşı, dekabrın 5-də Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçiriləcək. Ümid edirik ki, bu tədbirlər sözügedən problemin daha geniş ictimaiyyətə çatdırmasına töhfə verəcək".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əmindir ki, bu kimi tədbirlər Qərbi Azərbaycan məsələsinin daim gündəmdə saxlanılmasına imkan verəcək.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev xarici ölkələrdə Qərbi Azərbaycan məsələsi ilə bağlı kitabların çap olunmasını təklif edib. “Bundan sonra bizim əsas ideologiyamız Qərbi Azərbaycan və Qərbi Azərbaycana qayıdış olmalıdır".

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa hesab edir ki, Qərbi Azərbaycana qayıdış məsələsi təkcə icmanın fəaliyyəti ilə məhdudlaşmamalıdır: “Hər kəs bu məsələnin beynəlxalq müstəvidə gündəmdə saxlanılması üçün tədbirlər görməlidir. Hesab edirəm ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıtması məsələsi ermənilərin Qarabağa qayıtması ilə paralel şəkildə həyata keçirilməlidir".

Deputat Azay Quliyev həm xarici ölkələrin parlamentlərində Qərbi Azərbaycan məsələsinə dair xarici ölkələrin parlamentlərində qətnamənin qəbulu istiqamətində fəaliyyət göstərməyi, həm də bu Qərbi Azərbaycana qayıdış məsələlərinin koordinasiyası ilə bağlı xüsusi nümayəndəlik institutunun yaradılmasını təklif edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov nəzərə çatdırıb ki, indiyədək Qərbi Azərbaycandan deportasiya olunan şəxslərin fərdi anket məlumatlarının və müvafiq sənədlərin toplanması üçün arxiv yaradılıb: “Eyni zamanda yaradılmış xüsusi komissiya tərəfindən Ədliyyə Nazirliyi və digər qurumlarla birlikdə Qərbi Azərbaycanlılara məxsus arxiv sənədlərinin toplanması işi davam etdirilərək, müvafiq məlumat bazası yaradılıb. Ümid edirəm ki, dövlətimizin siyasəti nəticəsində Qərbi Azərbaycana qayıdış konsepsiyası uğurla həyata keçiriləcək".

Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanov bildirib ki, fundamental insan hüquqlarından olan qayıtmaq hüququ beynəlxalq hüququ beynəlxalq hüququn ayrılmaz hissəsidir: "İndiyədək beynəlxalq müstəvidə qəbul olunan sənədlər Ermənistandan qovulan soydaşlarımızın öz evlərinə qayıtması üçün presedent yaradır. Qaçqınların öz evlərinə qayıtması həm repatriasiya, həm də reinteqrasiya formalarında həyata keçirilir".

Tədbirdə o da qeyd edilib ki, BMT-nin Qaçqınların Statusu Haqqında Konvensiyası Azərbaycanın bu məsələdə istinad etdiyi əsas sənədlər olsa da, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın öz evlərinə qayıtması həm də milli mənəviyyat məsələsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see630

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see152

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see152

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see140

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see139

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see138

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see137

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see135

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see132

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see131

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see128

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see126

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see126

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see123

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see123

14 kiloqram arıqlayan Yeşilçam ulduzu tanınmaz halda

24 İyul 2025 10:59see116

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see116

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see114

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see114

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri