Icma.az
close
up
RU
Məmmədyarovun "qarınağrısı", Mehdiyevin "axmaq axmaq söhbətlər"i Sabiqləri cəsarətləndirən nədir?

Məmmədyarovun "qarınağrısı", Mehdiyevin "axmaq axmaq söhbətlər"i Sabiqləri cəsarətləndirən nədir?

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Rus Evi” “sabiqlərə” başağrısı yaradır... Elmar Məmmədyarov Xarici İşlər naziri işləyəndə elə bilirdik ki, Azərbaycan dilində qəti danışa bilmir. Ancaq vəzifədən çıxarılandan sonra sanki kişinin dili açılıb, sən demə doğma dilimizi incəliklərinə qədər bilən Elmar müəllim hətta “qarınağrısı” kimi əsl “ziyalı” leksikonuna aid sözü belə harada, necə işlətmək lazım olduğunu çox yaxşı bilirmiş...

Ötən gün mətbuatda Bakıdakı “Rus Evi” ilə sıx təmasda olan, hətta ona himayədarlıq edən sabiq yüksək rütbəli məmurlarla bağlı məlumat dərc edilib. Həmin məmurların sırasında Ramiz Mehdiyev, Əbülfəs Qarayev, Azad Rəhimov, Eldar Mahmudovla yanaşı, Elmar Məmmədyarovun da adı çəkilib. Məlumatın özündən çox sözügedən sabiq məmurların buna reaksiyası maraq doğurur. Əvvəlcə onu qeyd edək ki, bu cür məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq, adıçəkilən məmurlara dərhal “bal kimi yapışır”. Çünki keçmiş fəaliyyətləri, tipləri, imicləri, əməlləri, baxışları və s. o dərəcədə Azərbaycan toplumuna yad, bəzən də ziyanlı olub ki, onların Azərbaycandan başqa kimlərə (xüsusilə də Rusiyaya- C.M.) işlədiyini desəniz, hamı inanacaq...

Ramiz Mehdiyev barəsində deyilənlərə “axmaq-axmaq söhbətlər yayırlar, bunların hamısı yalandır”, - deyə cavab verib. Əbülfəs Qarayev deyib ki, “elə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram, bunların hamısı mənasız söhbətlərdir". Yəni, guya hər ikisi “aydan arı, sudan duru” imiş və onlara şər atırlar.

Məmmədyarova gəlincə, sabiq nazir adının bu məsələdə hallanmasına belə cavab verib: “Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə vura bilərik. Məqsədlərini Allah bilir. Yazan adamın ağlı yoxdur”.

Sabiq nazirin dediyindən belə çıxır ki, kimlərinsə Məmmədyarova görə “qarnı ağrıyır”(!). Onun televiziyalara çıxması, danışması kimlərisə bərk narahat edir və ona görə də sabiq naziri “vururlar”. Amma həmin Məmmədyarovdan soruşan yoxdur ki, axı onun hansı siyasi çəkisi, nüfuzu, xidməti, əhali arasında dəstəyi var ki, hələ bir onu “vurmaq” da istəsinlər?

Diplomat kimi peşəkarlığı barədə az məlumatımız olan, əvəzində nə dediyini özündən başqa heç kimin başa düşmədiyi (özünün də başa düşdüyü şübhəlidir), daim ironiya, lağlağı obyektinə çevrilən bir adamın uzun illər Azərbaycanın XİN başçısı olmasının özü nonsens idi. Vəzifəsinin son akkordlarını isə “evdən işləyən nazir” kimi başa vuran Məmmədyarovun nazir postundan kənarlaşdırılmasının gerçək siyasi səbəblərini də çox az adam bilir. Nə idi həmin kritik günlərdə onu evdə oturmağa məcbur edən, hansı “qarınağrısı” idi və nədən Prezident bunu efirdən deməli oldu? Bunun özü də cavabı açıq qalan suallardandır...

Hələ Məmmədyarovun nazirliyində (həmişəki kimi) sonradan üstü açılan böyük korrupsiya əməllərini, həbsləri demirik...

Ümumiyyətlə, Azərbaycandakı yazılmayan siyasi qanunların, məhkəmə, hüquq-mühafizə sisteminin böyük çatışmazlığıdır ki, hər biri hər kəsə məlum yollarla ayrı-ayrılıqda milyonçuya, bəziləri isə milyarderə çevrilmiş bu adamlar rəhbərlik etdikləri qurumlarda aşkarlanan külli miqdarda yeyinti, korrupsiya faktlarına, digər ağır cinayətlərə rəğmən azadlıqdadırlar. Onların əvəzinə müavinləri, idarə rəisləri və daha kiçik “balıqlar” 2-3 il həbsdə yatıb çıxıblar və hər biri də hazırda öz kefində-damağındadır.

Bir də verdikləri cavablardan da göründüyü kimi, bu adamları birləşdirən daha bir ümumi cəhət özləri barədə həddindən artıq yüksək fikirdə, rəydə olmalarıdır. Ortaya ciddi arqument, fikir, mövqe qoymaqdansa, biri “qarınağrısı”ndan danışır, biri “axmaq-axmaq söhbətlər” deyir və s.

Yəni, vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları, ədabazlıqları və bir də “siyasi mədəniyyətləri” də əvvəlki səviyyədə qalır...

AzPolitika.info


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri