Icma.az
close
up
RU
Məmurlar üçün yeni qaydalar gəlir

Məmurlar üçün yeni qaydalar gəlir

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabah, 30 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisə istinadən xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxildir. Deputatlar ilk olaraq 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını müzakirə və qəbul edəcəklər. Həmçinin, ənənəyə uyğun şəkildə Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında layihə də müzakirəyə çıxarılaraq təqsdiqlənəcək. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu II səsverməyə çıxarılacaq. İclasda “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunacaq ki, bu layihə kifayət qədər maraq doğurur.

Məlumatlara görə, yeni Məcəllədə dövlət qulluqçularının əməkhaqqı məsələsi, rotasiyası, pensiya təminatı, işdən azad edilməsi və məsuliyyəti ilə bağlı dəyişikliklər əksini tapır. pizza hut

Mövzu ilə əlaqədar deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev Musavat.com-a bunları bildirib:

“Bildiyiniz kimi,  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi dövlət qulluğu münasibətlərini kompleks şəkildə tənzimləyən “Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi” layihəsini müzakirə edərək Plenar iclasın gündəliyinə daxil edilməsini tövsiyə edib. Məcəllə kifayət qədərə əhatəlidir - 5 bölmədən, 15 fəsildən və  94 maddədən ibarətdir.  Hazırlanmış layihə dövlət qulluğu sahəsində münasibətlərin ayrı-ayrı qanunlar və normativ hüquqi aktlar üzrə tənzimlənməsindən vahid, sistemli və müasir hüquqi çərçivəyə keçidi nəzərdə tutur. Başqa sözlə, məqsəd sadəcə mövcud normaları bir sənəddə toplamaq deyil. Məqsəd onların qarşılıqlı əlaqəsini təmin etmək, hüquqi boşluqları və ziddiyyətləri aradan qaldırmaq, dövlət qulluqçusunun hüquqi statusunu daha aydın müəyyənləşdirmək və dövlət qulluğunun idarə edilməsinə müasir və şəffaf yanaşmaları qanunvericilik səviyyəsində genişləndirməkdir.  Bu baxımdan layihəni yalnız növbəti qanunvericilik təşəbbüsü kimi deyil, Azərbaycanın dövlət qulluğu sisteminin hüquqi bazasının yenidən və kompleks şəkildə qurulmasına xidmət edən mühüm institusional islahat  kimi də qiymətləndirmək olar”.

A.Quliyev layihənin üstünlüklərindən bəhs etdi: “Məcəllənin əsas üstünlüyü ondan ibarətdir ki, burada dövlət qulluğunun ümumi normaları, dövlət qulluqçusunun qulluğa qəbulundan başlayaraq, qulluq münasibətlərinin davam etdirilməsi, yəni, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatı, dövlət qulluqçusunun statusu, müsabiqə və müsahibə mexanizmləri, qulluq stajı və ixtisas dərəcələri, əmək haqları, rotasiya, andiçmə və digər mühüm məsələlər ardıcıl şəkildə tənzimlənir. Layihənin ilk hissələrində dövlət qulluğunun prinsipləri, dövlət orqanlarında inzibati və yardımçı vəzifələr ayrıca müəyyən edilir. Məcəllə layihəsində həmçinin dövlət qulluğunda karyera inkişafının daha sistemli, obyektiv və şəffaf mexanizmlərlə həyata keçirilməsi üçün hüquqi mexanizmlər nəzərdə tutulur. Bu, dövlət qulluğunda peşəkarlıq və karyera inkişafının institusional əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputat qeyd etdi ki, Məcəllənin üstünlüklərindən biri də dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi, qanunsuz tapşırıqların icrasından imtina edilməsi, neqativ hallarla bağlı müraciətlərin verilmə və baxılma qaydası üçün  ayrıca normaların yaradılmasıdır: "Bu, dövlət qulluğunda yalnız vəzifənin tutulmasına deyil, vəzifənin necə icra edilməsinə, nəticələrə, peşəkarlığa və məsuliyyətə daha çox diqqət yetirilməsi baxımından xüsusi önəm kəsb edir. Eyni zamanda layihədə dövlət qulluqçusunun hüquqları, vəzifələri, məhdudiyyətləri, intizam məsuliyyəti və qulluğa xitam məsələləri də sistemli şəkildə tənzimlənir.  Əminəm  ki, Milli Məclis Məcəllə layihəsini ətraflı müzakirə edib, çox vaxt keçmədən qəbul edəcək".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Sentyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri