Icma.az
close
up
RU
“Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin”

“Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin”

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanı işğal etməyə gələn rus ordusunun başında duran Pavel Sisianov Bakı üçün Gəncə faciəsindən də qəddar bir plan hazırlamışdır. Bu planda şəhərin bombardman edilməsi və onun “külə çevrilməsi” nəzərdə tutulurdu. O, Bakıya hücum edən zaman Hüseynqulu xana aşağıdakı məzmunda məktub göndərir: Bu sözləri İnterval.Az-a açıqlamasında   İnterval.Az-n baş  redaktoru  və Müəllif Hüquqları Uğrunda İctimai Birliyini-n İdarə Heyəti Sədrinin müavini Zamiq Yunisov  bildirib.

“Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedəcəyəm və qoşunumla işğal etmədiyim hər şeyi yandıracağam; Mən sənin bölgənin torpağını sənin qanına bürüyəcəyəm və o, qırmızıya çevriləcək, amma sən dovşanlar kimi dərələrə girəcəksən və səni orda alacağam, qılıncdan olmasa, soyuqdan
öləcəksən. .”
Hüseynqulu xan Sisianovun şərtlərini qəbul etdiyini və Sisianovla görüşmək, şəhərin açarlarını ona təqdim etmək niyyətində olduğunu bildirdi. 1806-cı il fevralın 8-də Hüseynqulu xan şəhərin açarlarını Sisianova təqdim etmək üçün şəhərdən çıxır. İbrahim bəy, Qasım bəy, Ağakərim bəy, Seyid bəy və başqaları ilə birlikdə qalanın içində gözləyirlər ki, onun nümayəndələri ilk olaraq generala yaxınlaşsınlar.
Xanın nümayəndələri qaladan çıxıb əlində gətirdiyi qala açarlarını və duz-çörəyi Sisianova təqdim etmək istəyirlər. General duz-çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir:
– Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin.

Xan bunu eşidib generala yaxın gəlmək işarəsi verir və qalanın içindən çıxır.
Polkovnik-leytenant knyaz Elizbar Eristov və bir kazakın müşayiəti ilə Sisianov qala divarlarına tərəf getdi. Qoşa Qala qapıları yanında görüş zamanı, General Sisianov şəhərin açarlarını alanda Xanın yaxın adamlarından biri İbrahim-bəy tapançadan qəfil atəş açaraq Sisanovu öldürdü. Xanın o biri adamları isə polkovnik Eristovu öldürürlər. Hüseynqulu xan onun meyidinə baxıb dedi: “səndən Gəncənin də, Şamaxının da heyfini çıxdım.”


Onun meyiti Lal Qafaroğlu adlı xanın yaxın adamı tərəfindən yerindəcə doğranıb, əlləri və başı kəslir, bədənin doğram doğram elədi. Bakı xanı Hüseynqulu Sisianovun “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedib hər şeyi yandıracağam…” sözlərinə belə cavab verdi.
Deyilənə görə, Sisianovun kəsilmiş başı sonradan necə oldusa, tapılmadı. Kimi dedi, Gəncəyə, Şamaxıya aparılıb, qapı-qapı gəzdirildi, kimi dedi, Avar xanı Əhməd xana sovqat göndərildi; kimi də dedi ki, qırx pud ağırlığında qızıla İran şahına satıldı …

Hüseynqulu xanın əmri ilə Sisianovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilir. Qəbir demək olar ki, ayaq altında tapdaq olur.
General Bulqakov knyazın meyitini sonra o zaman Bakıda yeganə xristian kilsəsi olan erməni kilsəsində torpağa tapşırır. 1811-12-ci illərdə Gürcüstan canişini olmuş Markiz Pauliççi generalın nəşini Tiflisə gətirib, Sion kilsəsində, erməni general Lazarevin yanında dəfn edib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Yanvar 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri