Icma.az
close
up
RU
“Mən səndən yaxşı geyinmişəm” Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ

“Mən səndən yaxşı geyinmişəm” Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid geyim forması tətbiq edilir. 

Eyni geyim standartının bütün şagirdlər üçün tətbiq edilməsi onların maddi vəziyyətinin geyim üzərindən fərqlənməsinin qarşısını almaqla yanaşı, məktəb mühitində münasibətlərə və sosial bərabərlik hissinə də təsir göstərə bilər. 

Digər tərəfdən, vahid məktəbli formasının şagirdlərin bir-birinə münasibətinə, özünüifadəsinə və məktəbdə sosial mühitə real təsirinin nə dərəcədə olduğu da müzakirə mövzusudur. 

Bəs vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin azalmasına və məktəbdə münasibətlərin formalaşmasına necə təsir edir? 

Sosioloq Mətanət Məmmədova AZXEBER.COM-a açıqlamasında bildirib ki, vahid geyim forması şagirdlər arasında ayrı-seçkiliyin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır: 

"Vahid geyim forması məktəblərdə çox vacibdir. Bütün şagirdlərin eyni formada məktəbə gəlməsi onların arasındakı ayrı-seçkiliyə son qoyur. Bir-birini eyni formada görməsi onların fikrinin dağılmasının qarşısını alır. Eyni zamanda, bu, bir mədəniyyətdir. Əksər dünya dövlətlərində məktəblərdə vahid geyim forması tətbiq olunur. Bu məsələ böyük mütəxəssislər, təhsil mütəxəssisləri tərəfindən düşünülüb və vaxtında tətbiq olunub. Burada uşaq psixologiyası, valideynlərin psixologiyası və müəllimlərin yanaşması nəzərə alınıb. Belə bir qənaətə gəlinib ki, məktəblərdə vahid formanın tətbiqi təhsilin və tədrisin uğuruna gətirib çıxara bilər".


M.Məmmədova qeyd edib ki, vahid geyim formasının olmadığı dövrlərdə şagirdlər arasında geyim üzərindən fərqləndirmə və qruplaşmalar müşahidə olunurdu: 

"Sovet İttifaqı dağıldıqdan sonra, müstəqilliyin bərpası illərində məktəblərdə vahid geyim forması demək olar ki, sıradan çıxmışdı. Kim istəyirdisə, istədiyi geyimlə məktəbə gəlirdi. Bu isə şagirdlər arasında ayrı-seçkiliyə, həm müəllimlərin onlara münasibətində, həm də onların bir-birinə münasibətində fərqlərə səbəb olurdu. Şagirdlər bir-birinin geyimlərinə münasibət bildirirdilər. "Mən səndən yaxşı geyinmişəm" kimi yanaşmalar olurdu. Baxırdın ki, qruplaşmalar yaranırdı. Yaxşı geyinənlər bir qrupda, orta səviyyədə geyinənlər başqa qrupda toplanırdı. Bununla da uşaqların bir-birinə baxışı dəyişirdi və onlar ayrı-seçkilik düşüncəsi ilə böyüyürdülər". 

Sosioloq vurğulayıb ki, vahid forma şagirdlərin sosial-iqtisadi vəziyyətinin geyim vasitəsilə ön plana çıxmasının qarşısını alır: 

"Vahid formada uşaqların məktəbə gəlməsi onların hansı təbəqədən olmasını, valideynlərinin sosial-iqtisadi durumunun nə dərəcədə olmasını arxa plana keçirir. Məktəbdə hamı eyni səviyyədədir, eyni geyimdədir. Burada uşaqlarda bir-birinə yuxarıdan aşağı baxmaq və ayrı-seçkilik düşüncəsi formalaşmır. Mən dəfələrlə demişəm ki, müəllimlərin də vahid formada olması lazımdır. Biz məktəbdə oxuduğumuz illərdə müəllimlərin vahid geyim forması yox idi. Biz böyüdükcə artıq müəllimlərin paltarlarını müzakirə etməyə çalışırdıq. Müəllim dərs danışarkən onun geyiminə diqqət yetirirdik. Biz də onlar kimi geyinmək istəyirdik". 

Ekspert hesab edir ki, müəllimlərin geyim standartının müəyyənləşdirilməsi də şagirdlərin diqqətinin dərsdən yayınmasının qarşısını ala bilər: 

"Elə müəllimlər var ki, məktəbə kostyumla gəlir, elələri də var ki, küçədə və ya qonaqlıqda necə geyinirsə, məktəbə də həmin formada gəlir. Ona görə də müəllimlərin geyimində vahid formaya keçilməsi məktəblər üçün yaxşı effekt verə bilər. Çünki uşaqların diqqətini yayındıracaq əlavə bir nüans ortada qalmaz".

Sosioloq bildirib ki, məktəbdə müəllim, şagird və valideyn arasında vahid yanaşmanın olması təhsil prosesinin nəticələrinə də təsir göstərə bilər: 

"Məktəbdə o vaxt gözəl nəticə olar ki, müəllim, şagird və valideyn üçbucağı eyni sözü desin, eyni fikrə gəlsin. Valideynlər vahid geyim formasını övladlarına alır, onları həmin formada məktəbə göndərirlərsə və bu yanaşma müəllimlərə də tətbiq olunarsa, gələcəkdə təhsilin keyfiyyətindən və tədrisin uğurundan danışmaq olar. Şagirdlərin vahid geyim formasına keçməsi həqiqətən çox gözəl yanaşmadır. Bunun bütün ölkəmizdə tətbiq olunması yaxşıdır. Ümumi təhsil sistemində vahid geyim formasına keçilməsi çox dərindən düşünülmüş bir yanaşmadır və mən bunu təqdir edirəm". 

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 Sentyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri