Mən yanğınsöndürən kimiyəm Tramp
Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp fevralda Rusiya lideri Vladimir Putinlə görüşəcəyini mümkün hesab edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Florida ştatının Mar-a-Laqo şəhərindəki malikanəsində jurnalistlərə məlumat verib.
Belə bir görüşün bu ay baş tutub-tutmayacağı ilə bağlı suala Tramp “Ola bilər” deyib.
O, həmçinin hakimiyyətə qayıtmazdan əvvəl dünyada baş vermiş böhranların həllini ABŞ prezidenti kimi fəaliyyətinin mühüm hissəsi adlandırıb: “Mən yanğınsöndürən kimiyəm. Mən bütün dünyada yanğınları söndürməliyəm".
Tramp həmçinin Moskva ilə Vaşinqton arasında Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəlmiş danışıqlardan razı qaldığını bildirib.
Tramp danışıqları “çox yaxşı” adlandırıb və əlavə edib ki, indi münaqişənin həllinə nail ola biləcəyinə daha çox əmindir.
Baxış sayı:84
Bu xəbər 19 Fevral 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















