Icma.az
close
up
RU
“Mən yəhudiyəm, Gürcüstanda Holokost var!” Seliverstov qalmaqalın mərkəzində VİDEO

“Mən yəhudiyəm, Gürcüstanda Holokost var!” Seliverstov qalmaqalın mərkəzində VİDEO

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dələduzluq, sənəd saxtalaşdırma, narkotik, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə kimi cinayətlərə görə 12 il həbsdə olan Kazım Elşən (Rauf) oğlu Abbasov - "David Seliverstov"un kazino qapısında "holokost" qovğasını əks etdirən video yayılıb. Belə aydın olur ki, "beynəıxalq hüquq müdafiəçisi"nin şövqlü oyunlar məkanına ekskursiyasına mühafizəçilər imkan verməyib. Bundan sonra "David Seliverstov" beynəlxalq hüquq, Azərbaycan və qonşu Gürcüstan qanunverdiciliyi ilə cəzalanfırılmasına yol açan hərəkətlər edib.
Bu hadisə Tiflisdəki məşhur “Iveria” kazinosunun qapısında baş verib və videonu yayan da elə "David Seliverstov"dur. Özünü Azərbaycandan olan yəhudi və beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən bu şəxs kazinonun mühafizəçiləri ilə söz çəkişməsinə çıxıb. Amma nə çəkişmə! Şəxs kameranı açıb elə bağırır, elə ittihamlar yağdırır ki, adama elə gəlir, hadisə yerində doğrudan da hansısa qlobal fəlakət baş verir.
Adı çəkilən şəxs kazino mühafizəçisinin onu içəri buraxmamasını və ya aralarında yaşanan xırda məişət davasını götürüb qaldırır beynəlxalq müstəviyə. Bir də görürsən ki, bu adam rusca başlayıb ingiliscə bitirdiyi çıxışında nə az, nə çox — “Gürcüstanda yəhudilərə qarşı Xolokost törədilir”, “Bura gəlməyin, burada soyqırımı var” deyə fəryad edir.
Gəlin bu mənzərəyə bir anlıq soyuq başla və təmkinlə baxaq.
Əvvəla, özünə “beynəlxalq hüquq müdafiəçisi” deyən bir kəs elementar hüquq terminlərinin çəkisini bilməlidir. Holokost və ya soyqırımı nədir? BMT-nin Konvensiyasına görə, bu, bir etnik və ya dini qrupun dövlət səviyyəsində, sistemli şəkildə kütləvi məhv edilməsidir. Bəs Tbilisidəki kazinonun qapısında nə baş verib? Mühafizəçi ilə müştəri arasında mübahisə! İndi xırda bir məişət insidentini Holokostla eyniləşdirmək hansı ağlın, hansı peşəkarlığın məhsuludur? Bu, ən yaxşı halda hüquqi savadsızlıq, ən pis halda isə beynəlxalq terminləri ucuzlaşdıran bir hoqqabazlıqdır.
İkincisi, məsələnin mənəvi və siyasi tərəfi daha təhlükəlidir. Bu adam öz çıxışında xüsusi vurğulayır ki, o, “Azərbaycandan olan yəhudidir”. Yaxşı, bəs sən bu adı harada və necə təmsil edirsən?
Azərbaycan dünyada tolerantlığın, multikulturalizmin nümunəsi sayılan azsaylı ölkələrdəndir. Burada yəhudi icması əsrlərdir tam təhlükəsiz, hörmət və izzət içində yaşayır. Eyni sözləri dost və qonşu Gürcüstan haqqında da demək olar. Gürcüstanda da yəhudilər tarixən dinc və rahat ömür sürüblər. İndi sən kalkulyatoru götürüb fərdi kazino problemini Azərbaycanın, Gürcüstanın və yəhudi icmasının adından istifadə edərək bu iki dövlətin arasına atırsansa, buna nə ad vermək olar? Bu, Azərbaycanın və regionun parlaq tolerantlıq imicinə zərbə vurmaq cəhdi deyilmi?
Videoda ən gülünc və bir o qədər də düşündürücü məqam şəxsin dili dəyişməsidir. Rusca başlayır, sonra qəfildən kameraya baxıb sınıq-salxaq ingiliscə ilə qışqırmağa başlayır: "I'm Jewish, I'm Holocaust, no travel Georgia..."
Aydın məsələdir ki, burada məqsəd hüquq müdafiəçiliyi filan deyil. Məqsəd aydın şəkildə səhnələşdirilmiş bir şou yaratmaq, kadrları beynəlxalq şəbəkələrə ötürüb süni "qurban" obrazı almaq və İsraildən, eləcə də digər ölkələrdən regiona gələn turist axınına mane olmaqdır. Şəxsi incikliyi və ya ucuz populyarlıq həvəsini götürüb dövlətlərarası qalmaqala çevirmək cəhdidir.
Əgər bir kazinoda hüququn pozulubsa, bunun yolu sadədir - polisi çağırırsan, məhkəməyə müraciət edirsən, vəkil tutursan. "Beynəlxalq Hüquq müdafiəçisi məhz bu yolu seçər. Şou göstərmək, tərəf-müqabilini heç bir sübut olmadan "antisemit" elan etmək, bütün bir ölkəni soyqırımda ittiham etmək hüquq müdafiəçiliyi deyil, ucuz təxribatçılıqdır.
Nə Azərbaycan, nə Gürcüstan, nə də regiondakı yəhudi icması bu cür teatrallığa uyan deyil. Əsrlərlə sınanmış dostluq və strateji tərəfdaşlıq bir kazino qapısında səslənən bağırtılarla sarsılan kimi yüngül deyil. Amma bu cür adamların öz şəxsi maraqları üçün xalqların və dövlətlərin adından sui-istifadə etməsinə də vaxtında cavab vermək lazımdır. Yoxsa hər kazinodan qovulan özünü "Xolokost qurbanı" elan edib ortalığı qatar.
Azərbaycan hüquq-mühafizə orqanlarını özünü "beynəlxalq hüquq müdafiəçisi" elan etmiş birinin Gürcüstandakı hərəkətlərinə biganə qalmamalıdır. Aydınlaşdırılmalıdır ki, Azərbaycandan olan yəhudi kimliyini ön plana çıxarıb qonşu Gürcüstanda ara qarışdıran bu şəxsin məqsədi, məramı nə olub? (musavat.com)
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Sentyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri