Icma.az
close
up
RU
“Mənə “boz kardinal” desəydilər özümü öldürərdim” KONKRET

“Mənə “boz kardinal” desəydilər özümü öldürərdim” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Artur Rasizadə 22 il Azərbaycan Respublikasının Baş naziri olub və ölkə tarixində ən uzun müddət bu vəzifəni icra edən hökumət başçılarından biri sayılır.

KONKRET.az xəbər verir ki, demokrat.az keçmiş Baş nazir Artur Rasizadə ilə müsahibəni təqdim edir:

Jurnalist: Artur müəllim, necəsiniz, səhhətiniz necədir? Sizi 91 illik yubileyiniz münasibətilə təbrik edirəm. Bildiyimiz qədərilə, Xocalı günündə anadan olduğunuz üçün faciədən sonra heç vaxt ad gününüzü qeyd etməmisiniz. Bu gün Xocalını azad görmək 91 yaşlı bir insan kimi sizə necə təsir bağışlayır?

Artur Rasi-zadə: Çox sağ ol. 91 illər keçir, Allaha şükür. Xocalını azad görməyi çox, çox ürəkdən istəyirdim. Səhhətim o qədər imkan vermir, amma bəlkə havalar düzələndən sonra inşallah bir dəyərik.

Jurnalist: İnşallah, yaxın zamanda Xocalıda olmaq istəyirsiniz? Bəs azad olunandan sonra indiyə qədər Qarabağda olmusunuz?

Artur Rasi-zadə: Hə, təbii. Amma azad olunandan sonra yox. Qabaq olmuşam, indi isə qan təzyiqim var, belə şeylərdə bir balaca qalxır. 91 yaşda bu baxımdan bir az çətinlik var.

Jurnalist: DTX Ramiz Mehdiyev və komandasının dövlətə xəyanəti ilə bağlı rəsmi açıqlama yayıb. Siz uzun illər dövlətçilik təfəkkürü ilə fəaliyyət göstərmisiniz. Sizcə, Ramiz Mehdiyev niyə belə bir addım atdı?

Artur Rasi-zadə: Bu çox mürəkkəb sualdır. Uzun müddət işləyən insanın sonra belə bir fikrini, hərəkətlərini dəyişməsi çox qəribədir. Ola bilsin şəxsiyyətdən asılıdır, bir də bəlkə inciklik məsələsi olub. Hamımız vəzifədə daimi qalmırıq, vaxt gəlir vəzifə dəyişir. Amma bu yaşda o işlərlə məşğul olmaq, dövlətə xəyanət eləmək mənə çox təəccüblü gəlir.

Jurnalist: Siz 22 il Baş nazir olmusunuz, vəzifəniz ondan daha yüksək olub. Niyə siz heç vaxt belə bir yola düşmədiniz, amma o düşdü?

Artur Rasi-zadə: Bu insandan asılıdır. Mən dövlətin, hökumətin, xalqın mənafelərini həmişə demişəm. Bir nəfər özünü dürüst aparır, başqaları isə vəzifədə olanda bir az çətinlik çəkir.

Jurnalist: Zamanında onun müxalifətlə və ya başqa əllərlə əlaqəsini hiss etmişdiniz?

Artur Rasi-zadə: Yox, hamımız bir yerdə işləmişik. Çox yaxınlıq demək olmaz, amma çalışırdılar ki, rəhbər şəxslər arasında nəsə yaransın. Biz dövlət naminə vahid komanda idik. İndi isə hər şey fərdi şəxsiyyətdən və vəzifədən asılıdır. Məsələn, birinin xoşuna gəlir ki, ona “boz kardinal” deyirlər. Mənə belə desəydilər, özümü vurub öldürərdim. Çox fəxr eləyir ki, kimsə buna “boz kardinal” deyir. Bu nə məsələdir? Ya agentsən, ya nəsə.

Jurnalist: Ramiz Mehdiyevin son hərəkətlərində Rusiyadan gələn göstərişlərin rolu ola bilərmi?

Artur Rasi-zadə: Bunu istintaq və məhkəmə göstərəcək, amma istisna olunmur. O telefon danışıqları, sənəd gözləmək, harasa çatdırmaq nə deməkdir? Biz müstəqil dövlətik. Nə olursa olsun, bu, dövlətçiliyə, xalqa, rəhbərliyə, Prezidentimizə birbaşa xəyanətdir.

Jurnalist: Ölkənin indiki inkişafı və torpaqların azad edilməsi barədə nə deyə bilərsiniz?

Artur Rasi-zadə: Ulu Öndər gəldi, bu ölkəni ikinci dəfə diriltdi. İqtisadiyyat bərbad idi, ordu yox idi. Addım-addım respublikanı qaldırdı. İndi də cənab Prezidentimiz sayəsində respublikamızın adı dünya səviyyəsində ucalıb. Şəxsən mən inanırdım ki, torpaqlarımız qaytarılacaq. Zakir müəllimlə (Müdafiə naziri) görüşmüşdüm, o günləri xatırladım. Bu respublika ilə fəxr eləmək lazımdır.

Jurnalist: Artur müəllim, çox sağ olun. Allah sizə can sağlığı və uzun ömür versin.

Artur Rasi-zadə: Sən də çox sağ ol.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Fevral 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri