Icma.az
close
up
RU
“Mənə yalvardı” dedi, siyasi böhran yarandı Melonidən sərt cavab

“Mənə yalvardı” dedi, siyasi böhran yarandı Melonidən sərt cavab

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Corcia Meloni arasında yeni diplomatik gərginlik yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Trampın Meloni ilə bağlı səsləndirdiyi fikirlər olub.

Məlumata görə, Tramp İtaliyanın “La7” telekanalına telefonla verdiyi qısa müsahibədə deyib ki, Meloni onunla şəkil çəkdirmək üçün yalvarıb: “Mənimlə şəkil çəkdirmək üçün yalvardı. Həqiqətən, mənimlə şəkil çəkdirmək istəyirdi. Şəkil çəkdirməzdim, amma ona yazığım gəldi”.

ABŞ Prezidentinin bu açıqlaması İtaliyada ciddi narazılıq doğurub və iki ölkə arasında yeni diplomatik böhrana səbəb olub.

Trampın açıqlamalarından qısa müddət sonra Baş nazir sosial media hesabında videomüraciət yayımlayaraq iddiaları qəti şəkildə təkzib edib.

“Donald Trampın açıqlamaları tamamilə uydurmadır. Açığı, buna təəccüblənirəm. ABŞ Prezidentinin müttəfiqlərinə niyə belə davrandığını bilmirəm. Bu, ilk dəfə deyil. Mən və İtaliya heç vaxt dilənmirik”, – deyə Meloni bildirib.

İtaliyanın xarici işlər naziri Antonio Tayani də Trampın açıqlamalarına etiraz olaraq iyunun 21-22-nə planlaşdırılan ABŞ səfərini ləğv etdiyini açıqlayıb.

O, sosial şəbəkədə paylaşdığı bəyanatda Trampın Meloni barədə səsləndirdiyi fikirlərin bütün İtaliya xalqını incitdiyini vurğulayıb.

Müdafiə naziri Quido Krosetto isə ABŞ Prezidentinin açıqlamalarını “heç kimə fayda verməyən yeni üslub səhvi” adlandıraraq bildirib ki, Meloni heç vaxt belə bir xahiş etməzdi.

Qeyd edək ki, Tramp və Meloni arasında münasibətlər son aylarda artıq soyumuşdu. Buna Meloninin ABŞ hərbi təyyarələrinin Siciliyadakı Siqonella bazasından istifadəsinə icazə verməməsi, eləcə də, Trampın Vatikan rəhbəri Papa XIV Leoya yönəltdiyi tənqidlərə qarşı çıxması səbəb olub.

Buna baxmayaraq, tərəflər iyunun 15-17-də Fransada keçirilən G7 sammiti çərçivəsində görüşmüş və münasibətlərdəki gərginliyin azaldığı düşünülürdü. Lakin Trampın son açıqlamaları bu mübahisəni yenidən alovlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2026 05:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri