Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Mənəviyyatdan doğan işıq

Mənəviyyatdan doğan işıq

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəki əsrlərdən bəri öz zəngin tarixi və mədəni irsi ilə seçilən bir şəhərdir. Bu şəhər yalnız memarlıq abidələri, karvansaralar və digər tarixi tikililəri deyil, həm də ölkənin tarixində iz qoymuş alim və ziyalıları, ictimai xadimləri, tanınmış insanları ilə xatırlanır. Belə insanlardan biri də millət vəkili, ictimai xadim Cavanşir Feyziyevdir. Cavanşir müəllim təkcə parlamentdəki fəaliyyəti ilə yox, həm də xalqın içindən çıxmış, insanların qayğı və problemlərinə dərindən bələd olan bir ziyalı kimi tanınır. O, seçicilər üçün yalnız millət vəkili deyil, həm də yaxın məsləhətçi və etibarlı dostdur.

Keçən ilin payızında qədim Şəkidə insanlarla söhbət zamanı bu hisslər bir daha aydın oldu. Şəki sakinləri, kəndlilər, ziyalılar bir ağızdan Cavanşir Feyziyevin adını hörmətlə çəkir, onun gördüyü işləri yüksək qiymətləndirirdilər. Kimi onun təhsil sahəsindəki dəstəyindən, kimi şəhid ailələrinə və qazilərə mənəvi yardımından danışır, bir başqası isə Milli Məclisdəki çıxışlarını nümunə göstərirdi. Ümumi mövqe isə bir sözlə ifadə oluna bilərdi: səmimiyyət və etimad.

Cavanşir Feyziyev fəaliyyəti dövründə istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərinin yayılması üçün çalışıb. Onun Avropa məkanındakı çıxışları, Qarabağ məsələsinin dünya parlamentlərində təbliği hələ də geniş rəğbətlə xatırlanır. Amma o, hər şeydən əvvəl, ziyalı məsuliyyətini dərk edən biridir. Ziyalı olmaq xalqdan uzaqlaşmaq deyil, xalqın yanında olmaq, onların dərdini bölüşməkdir - Feyziyevin həyatı və fəaliyyəti də bunu göstərir. Onun zəngin elmi irsi, kitabları, tərcümələri və publisistik məqalələri elm dünyasında öz yerini tapıb. Lakin Cavanşir müəllimi fərqləndirən əsas cəhət onun mənəvi dəyərlərdən qaynaqlanan işığıdır. Bu işıq insanlara yol göstərir, ümid verir, inam yaradır.

Şəki camaatının dilindən tez-tez belə bir ifadə eşidilirdi: "Bizim deputatın sözü də, əməli də işıq kimidir". Bu, təsadüfi deyil, insanların ürəyindən gələn dərin etirafdır.

Millət vəkili Cavanşir Feyziyev haqqında düşünəndə, onun şair təbiəti də yada düşür. Poeziyanın gözəlliyini və emosional təsirini yaxşı dərk edir. İmzasına müxtəlif mövzularda yazdığı məqalələrdə tez-tez rast gəlmək mümkündür. O, problemlərin həllinə mənəvi dəstək verən bir çox yazıların müəllifidir. O, mənim kitablarıma ön söz də yazıb. Bunlar onun çoxşaxəli fəaliyyətinin kiçik bir hissəsidir. Amma ən çox ictimai xadim, alim və xalqın səmimi elçisi kimi tanınır.

1963-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olan Cavanşir Feyziyev 1970-1977-ci illərdə doğulduğu kəndin orta məktəbində təhsil alıb. 1977-1980-ci illərdə isə Turan qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbində orta təhsilini uğurla başa vurub. 1983-1985-ci illərdə Qazaxıstanda həqiqi hərbi xidmətdə olub, 1986-1991-ci illərdə indiki Azərbaycan Slavyan Universitetinin tərcümə fakültəsində ali təhsil alıb. Məktəb illərindən elmə və təhsilə böyük önəm verən Cavanşir Feyziyev ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.

İlk əmək fəaliyyətinə təhsil aldığı institutda başlayıb və 1992-1994-cü illərdə həmin institutun tərcümə kafedrasında müəllim kimi çalışıb. 1994-1995-ci illərdə isə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində fəaliyyət göstərib. 1995-1998-ci illərdə ABŞ-ın "Philip Morris" şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri olub. Sonrakı illərdə isə "Planet Co. Ltd" şirkətinin təsisçisi və direktoru (1998-2002), "AvroMed" şirkətinin həmtəsisçisi və baş direktoru (2002-2010) kimi fəaliyyətini davam etdirib.

Hazırda "Tour-İnvest" şirkətinin təsisçisi, "Discovery Azerbaijan" elmi-kütləvi jurnalının təsisçisi və baş redaktorudur. 2004-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olub.

2010-cu ildə 4-cü çağırış Milli Məclisinə, 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilib. 2013-cü ildə Azərbaycan Respublikası Mətbuat Şurasının İdarə Heyətinə üzv olub. 2015-ci  ilin parlament seçkilərində Azərbaycan Respublikasının 5-ci  çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən ikinci dəfə deputat seçilib.

2009-cu ilin oktyabrında "Etno-siyasi münaqişələrin mənəvi aspektləri" mövzusunda dissertasiya işini müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2002-ci ildə "Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri" adlı kitabı ingilis dilində çap olunub. 2008-ci ildə "Sülh fəlsəfəsi" adlı elmi-publisistik kitabı, 2013-cü ildə isə "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" adlı əsəri Azərbaycan dilində işıq üzü görüb. 2014-2017-ci illərdə həmin kitab türk, qazax, qırğız, rus, macar və digər dillərə tərcümə olunub və bu ölkələrdə nəşr edilib. Eyni zamanda, 2017-ci ildə "Türk dünyasının təməl dəyərləri", "Türk xalqları", "Türk dövlətçiliyi tarixi", "Türkşünaslıq" və "Türk dünyasının tarixi şəxsiyyətləri" adlı 5-cildlik toplusu çapdan çıxıb.

Cavanşir Feyziyev Azərbaycan, türk, ingilis, fransız və rus dillərini mükəmməl bilir və tərcüməçilik fəaliyyəti ilə məşğul olur. 2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin "1915-ci il erməni faciəsi" kitabını Azərbaycan dilinə tərcümə edib və nəşr etdirib. 2016-cı ildə Nobel mükafatı laureatı, fransız yazıçısı Patrik Modianonun "Məhəllədə azmamaq üçün" romanını, 2018-ci ildə isə fransız yazıçısı Jan Kristof Rufenin "Böyük ürək" romanını Azərbaycan dilinə çevirib. İndiyə qədər onun 60-dan çox elmi məqaləsi Azərbaycanın, Türkiyənin, ABŞ-ın, Qazaxıstanın, Ukraynanın və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunub. Bundan başqa, ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 100-dən çox məqaləsi dövri mətbuatda işıq üzü görüb.

Cavanşir Feyziyev Azərbaycan-Böyük Britaniya və Azərbaycan-Fransa parlamentlərarası işçi qruplarının rəhbəridir. O, həmçinin Azərbaycan Milli Məclisi ilə İsveçrə, Macarıstan, Bosniya və Herseqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qruplarının üzvüdür. Türkdilli ölkələrin Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin, eləcə də AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərir. 2017-ci ilin yanvarından Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri seçilib.

2005-ci ildən "Discovery Azerbaijan" adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur. Həmçinin "Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti" İctimai Birliyinin həmtəsisçisidir. 2015-ci ildə Fransa, Kolmar şəhərinin fəxri səfiri adına layiq görülüb. Cavanşir müəllim 2010-cu ildən Azərbaycan Jurnalistlər, 2018-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Göstərdiyi elmi və siyasi fəaliyyətə görə Cavanşir Feyziyev həm ölkədə, həm də xaricdə müxtəlif ictimai təşkilatlar tərəfindən dəfələrlə diplomlarla və fəxri fərmanlarla təltif olunub. 2005-ci ildə Avropa Biznes Assambleyası (Londonda, Oksfordda) tərəfindən "Şöhrət çələngi" beynəlxalq mükafatına layiq görülüb. 2010-cu ildə "Qızıl qələm" media mükafatı və Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsindəki fəal iştirakı üçün "Uğur" milli mükafatını alıb. 2016-cı ildə Beynəlxalq Türk Akademiyasının qızıl medalı və Qazaxıstan Prezidentinin Fərmanı ilə "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi" medalı, 2018-ci ildə isə Türk Dünyasının "Şərəf" medalı ilə təltif olunub.

Cavanşir Feyziyev hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə öz bacarığını, iş qabiliyyətini və yüksək mənəvi səviyyəsini ortaya qoyub. Təbii ki, bu xüsusiyyətlər onun deputatlıq fəaliyyətində də qabarıq şəkildə görünür. Elə buna görə də, Şəki rayonunun yoxsul kəndçi ailəsindən çıxan Cavanşir Feyziyev sonralar Azərbaycanın tanınmış və ləyaqətli övladına çevrilib.

Cavanşir müəllim söhbət zamanı deyir: "Müasir dövr mahiyyətcə çox fərqlidir. Hər zaman irəli baxmalı, fəaliyyətini dövrün tələblərinə uyğun qurmalısan. Azərbaycanın bu sahədə gözəl nümunəsi var. Bu da ilk növbədə cənab Prezident İlham Əliyevin müdrik xarici və daxili siyasətinin nəticəsidir. Dövlət başçısını məqsədyönlü fəaliyyəti ilə bütün dünyada tanınan ölkəmizlə hamı hesablaşır, hətta bir çox ölkələrdə Azərbaycan təcrübəsi tətbiq edilir. Fikrimcə, hər bir vətəndaş bunu dərk etməli, öz Prezidenti və Vətəni ilə qürur duymalıdır".

Sovet İttifaqının dağılması səbəbindən Cavanşir Feyziyev 1995-ci ildə özəl sektora üz tutub. İlk olaraq ABŞ-ın məşhur bir şirkətində çalışıb, daha sonra isə öz şirkətini yaradaraq bizneslə məşğul olub. Yeni iş yerləri açıb və uğurlu biznes fəaliyyəti ilə həm öz qazancını təmin edib, həm də dövlətimizin vergilərini ödəyib. Unutmaq olmaz ki, o, minlərlə yoxsula, ehtiyacı olanlara, kimsəsizlərə, tənha yaşayanlara kömək edib, tələbələrə, müəllimlərə, xəstələrə yardımlar göstərib.

44 günlük Vətən müharibəsində Cavanşir Feyziyevin ordumuza, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına verdiyi dəstək unudulmazdır.

Milli Məclisin deputatı kimi, o, həmişə müstəqil mövqedən çıxış edib, seçiciləri ilə daimi əlaqədə olub, onların problemləri ilə maraqlanıb və həllinə çalışıb. Bir neçə xarici dil bilən Cavanşir Feyziyev Beynəlxalq Münasibətlər Komitəsinin üzvü olaraq, xarici ölkələrin parlamentləri ilə əlaqələrin möhkəmləndirilməsində, Azərbaycanın həqiqətlərinin, xüsusilə Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyinin dünyaya çatdırılmasında yaxından iştirak edir.

2017-ci ildə Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri seçiləndə çıxışlarında Qarabağ həqiqətlərini dəlil-sübutlarla diqqətə çatdırıb. Hətta vəziyyət o qədər kritik olub ki, erməni həmkarları və Avropada fəaliyyət göstərən erməni lobbisi bu haqlı mövqenin qarşısında dərin narahatlıq hissi keçirib.

Hər insanın həyatda öz seçimi və mövqeyi olur. Milli təəssübkeşlikdən, vətənpərvərlikdən və el-obanın problemlərindən doğan mövqe həmin insanın şəxsiyyət kimi bütövlüyünü ortaya qoyur. Cavanşir Feyziyev məhz xalq, eləcə də doğma el-obası tərəfindən qəbul olunan nüfuzlu şəxsiyyətdir. Bu yüksək mənəvi keyfiyyətlər onun zəngin mənəvi aləmindən irəli gəlir. Mənəviyyatdan doğan işıq heç vaxt tükənmir. Cavanşir müəllimin mənəviyyatından gələn işıq çoxlarının həyat yoluna da nur saçıb və saçmaqdadır.

Bəxtiyar HÜSEYNOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see527

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see285

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see211

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see201

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see200

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see194

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri