Icma.az
close
up
RU
Məni işdən azad edirlər, dərman xərclərimizi ödəyə bilmirik Qazinin həyat yoldaşından müraciət

Məni işdən azad edirlər, dərman xərclərimizi ödəyə bilmirik Qazinin həyat yoldaşından müraciət

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birinci Qarabağ müharibəsi qazisi Yaqubov Ramiz Lətif oğlunun həyat yoldaşı İsmayılova Telli Həsən qızı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevayaya müraciət edib.

"Unikal" xəbər verir ki, müraciətdə deyilir:

"Mən İsmayılova Telli Həsən qızı 1981-ci il oktyabr ayının 1-dən etibarən 3 sentyabr 2025-ci il tarixə qədər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Nərimanov rayon şöbəsində Bakterioloji laboratoriyasında feldşer-laborant vəzifəsində işləmişəm. İşlədiyim müddətdə məndən heç vaxt narazılıq olmayıb, öz işimin öhdəsində vicdanla gəlmişəm.

3 sentyabr 2025-ci il tarixində 65 yaşım tamam olduğu üçün işdən azad olunmağımla bağlı qərar verilib. Qeyd edim ki, həyat yoldaşım Yaqubov Ramiz Lətif oğlu Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanıb və əmək qabiliyyətini itirib. Aşağı və yuxarı ətrafin iflici diaqnozu ilə 1-ci qrup əlildir. Vurğulamaq istərdim ki, həyat yoldaşım ali təhsilli həkimdir və o zaman müharibəyə könüllü şəkildə gedib. İndiyə qədər ailəmizdə yeganə işləyən mən olmuşam.

Mənə müəyyən olunan pensiyanın məbləği isə 381 manatdır. Yoldaşımın müalicə və dərman xərclərini nəzərə alsaq, vəziyyətimizin nə qədər ağır olduğu görünür. Mən müqavilənin müddətinin uzadılması ilə bağlı öncə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə müraciət etdim. Ondan imtina cavabı  aldıqdan sonra, səhiyyə naziri Teymur Musayevə 31 avqust 2025-ci il tarixdə onlayn müraciət etdim. Nazirdən heç bir cavab gəlməyib. Onun qəbuluna yazılmaq istədim, amma yazmadılar. Məsələ ondadır ki, həm məndən əvvəl, həm də məndən sonra, məndən yaşlı və həm də imtiyazı olmayan şəxsləri işdə saxlayıblar, onların müqavilələrini dəfələrlə uzadıblar.

Mənim isə işdə qalmağıma razılıq vermirlər. Maddi vəziyyətimizin ağır olduğunu nəzərə alaraq, Sizdən işdə qalmağıma köməklik göstərməyinizi xahiş edirəm".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri