Icma.az
close
up
RU
Məni suni intelekt vasitəsilə kənardan idarə edirlər

Məni suni intelekt vasitəsilə kənardan idarə edirlər

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Xətai rayonunda iki nəfərin arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elnur rayon ərazisində küçələrdən birində obyektlərin qarşısında park edilmiş avtomobilin təkərinin havasının boşaldılmasına oradan keçən İmranın irad bildirməsini cüzi bəhanə edib. 
Aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan üzərindəki mətbəx bıçağı ilə iki dəfə İmranın döş nahiyəsinə vurub. 
Elnurun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, rus bölməsində təhsil almasına baxmayaraq Azərbaycan dilində yazıb-oxumağı bacarır:
“Məni suni intelekt vasitəsilə kənardan idarə edirlər. Mən azadlıqda olan zaman heç bir fəaliyyətlə məşğul olmamışam. Hadisə vaxtı həmin ərazidə sadəcə gəzinti edirdim. Məlum hadisə günü, saat 23 radələrində baş vermiş hadisədə aramızda bıçaqlanma və avtomobil təkərlərinin deşilməsi məsələsi olub. Ancaq həmin hadisədə tərəflərin kimlər olması ilə bağlı məlumatım yoxdur. Mən sadəcə həmin hadisənin şahidi olmuşam. Məhkəmə zalında gördüyüm, zərərçəkmiş şəxs kimi bildiyim İmran hadisə vaxtı təkəri deşən adama “niyə belə edirsiz?” deyərək nalayiq ifadə işlədib. Təkəri deşən şəxs də zərərçəkmiş şəxsin üstünə gedərək bıçaq çıxarıb. 
Məhkəmədə bu cür ifadə verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. O, həmin ifadəsində göstərib ki, valideynlərinin hər ikisinin rəhmətə getməsi səbəbindən və maddi vəsaitinin olmamasına görə Bakı şəhərinin müxtəlif rayonlarında küçələrdə yaşayır:
“Məlum hadisə günü, gecə saat 23 radələrində zibillikdən yemək üçün çörək toplayan zaman tanımadığım bir nəfər şəxs məni söyərək “rədd ol buralardan” dedi. Mən həmin şəxsə “mənimlə işin olmasın” dedim və daha sonra getmək istədim. Bu zaman həmin şəxs məni yanına çağırdı. Həmin şəxsin yanına getdim. O, məni söyüb, təhqir edərək üzərimə bıçaq çıxardı. Həmin şəxsin bu hərəkəti mənə çox pis təsir etdiyindən əlimdəki sellofanda olan, özümə məxsus bıçağı çıxardım, onun üstünə getdim. Həmin şəxs arxaya çönüb qaçmaq istəyəndə yerə yıxıldı. Həmin şəxsə yaxınlaşdım və əlimdəki bıçaqla sinə, qarın nahiyələrinə iki dəfə zərbə endirdim. Bu zaman özüm də yerə yıxıldım. Həmin şəxs isə ayağa qalxaraq getdi. Mən isə onun arxasınca qaçmayaraq gəzə-gəzə Neapol dairəsi tərəfə getdim. Məhəllələrin birində istifadə etdiyim bıçağı yuyaraq sellofandakı meyvələri doğrayaraq yeməyə başladım. Daha sonra məhəllələrdəki zibilliklərdən çörək yığarkən polis əməkdaşları yaxınlaşaraq məni şöbəyə dəvət etdilər. Şöbədə olarkən bıçaqla xəsarət yetirdiyim şəxsin İmran olmasını bildim. Zərərçəkmiş şəxsi bıçaqla vurmaqda məqsədimin yalnız onu qorxutmaq olub”.
İş üzrə zərərçəkmiş İmranın sözlərinə görə, təqsirləndirilən Elnuru əvvəllər tanımayıb: “Mən yaşadığım binanın altında olan marketdən lazımsız və təkrar emala yararlı olan kağız, kartonları yığıb satmaqla məşğulam. Həmin işlə axşam saatlarında məşğul oluram. Çünki həmin mağazada sistem bu formada qurulub”. 
Zərərçəkmiş şəxs deyib ki, məlum hadisə günü, saat 23 radələrində marketə getmək üçün yaşadığı binanın blokundan çıxan zaman blokun qarşısında sağ tərəfdə park edilmiş qonşum Vüsala məxsus “Mitsubishi Lancer” markalı avtomobilin ilk öncə sağ arxa, daha sonra isə sağ qabaq təkərinin sonradan tanıdığım Elnur əyilərək əlindəki bıçaqla deşməsini müşahidə etdim. Həmin vaxt  Elnura yaxınlaşaraq iradımı bildirdim. Eyni zamanda Elnurdan etdiyi əməlin səbəbini soruşdum. O, Vüsalla ədavəti olduğu üçün bunu etdiyini bildirdi. Mən Vüsalın burada qaldığını, onu çağıraraq bu məsələni bildirəcəyimi, ona ziyan vurduğunu, nə sözü varsa Vüsalın özünə deyərək söhbət etməyi bildirdim. Bu sözlərdən sonra Elnur oradan uzaqlaşaraq binanın arxa hissəsinə tərəf getdi. Həmin vaxt avtomobilin sahibi olan Vüsal mağazadan çıxaraq yanımdan keçdiyi gördüm və Vüsala olanları bildirdim. Vüsala məsələni danışdıqdan sonra onunla birlikdə binanın arxa hissəsinə keçdik. Elnurun orada dayandığını gördük. Elnura yaxınlaşıb üzbəüz söhbət etməyə çalışdıq. Həmin vaxt Elnurun əlində bıçaq olduğu üçün ondan bıçağı yığışdıraraq avtomobilin sahibi Vüsalla arasında hər hansı ədavəti varsa, onunla söhbət edərək həll etmələrini istədim. Bu sözlərimdən sonra Elnur mənə sərt reaksiya verərək üzərimə gəldi. Mən arxamda olan arabanı fırladaraq qabağa atdım ki, ara məsafəsi olsun. Çünki əlimdə və yanımda özümü müdafiə etmək üçün heç bir əşya olmayıb. Elnurun daha da aqressiv davrandığını gördüm və oradan qaçan zaman ayağım çökəkliyə düşdü, üzü üstə yerə yıxıldım. Bu zaman Elnur mənim üstümə çıxdı və iki bıçaq zərbəsi vurdu. Mən nə qədər Elnura vurmamasını bildirsəm də, o, amansızcasına məni bıçaqla vurmaqda davam etdi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur 8 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 İyun 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri