Icma.az
close
up
RU
Mənim çayımı tünd elə, a bala!

Mənim çayımı tünd elə, a bala!

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


İmarət CƏLİLQIZI
Belə bir anlayış var: normal – normal şərait, normal temperatur, normal vəziyyət, normal münasibət, normal səviyyə… Nə deməkdir normallıq? Əslində çox nisbi olan bir şey. “Normal” sözü hər hansı bir situasiyada ucdantutma hamının olmasa da, əksəriyyətin qəbul etdiyi bir göstəricidir:
1. bəzi adamlar bu göstərici ilə tamamilə qane olur,
2. bəziləri zahirən özlərini qane olurmuş kimi göstərir,
3. bəziləri qane olmasa da, bunu biruzə verməməyi lazım bilir, amma saxtakarlıq edə bilmədiklərinə görə qane olmadıqları onların hər halından hiss olunur,
4. bəziləri də qane olmur və qane olmadıqlarını da heç gizlətmir.
Tutaq ki, çay nə çox tünd, nə də çox açıqdırsa, bu, normal sayılır, buna görə də adətən məclisdə hamıya çayı bu cür verirlər, əksəriyyət də, xüsusən 1-ci qrupa aid olanlar çayı bu cür qəbul edib içir. Fərz edək ki, onların içində bir neçəsi çayı çox tünd içməyi xoşlayır, həmin adamlardan:
2-ci qrupa aid olan tövründə heç bir etiraz əlaməti yaratmadan sakitcə çayını içəcəkdir;
3-cü qrupa aid olan üzündə nazik bir narazılıq pərdəsi nəzakətlə çaydan yalnız iki-üç qurtum alacaqdır;
4-cü qrupa aid olan isə heç bir sıxıntı çəkmədən uca səslə çay paylayanı haylayıb deyəcəkdir ki, “a bala, mən bu cür çay içmirəm, apar mənim çayımı tünd elə”.
Deməli, hər bir normalın içində mütləq istisnalar var və həmin istisnaların ürəyinə yatan, könlüncə olan göstəricilər onların özləri üçün normaldır. Bəs digərləri üçün?!.. Bu sual bütün zamanların ən çətin suallarından biridir (bu anda adamın yadına nədənsə çirkin ördək balası düşür…). Hər kəs öz normalı ilə yaşamaq istəyində haqlıdırmı, haqsızdırmı? Bu sualın cavabı məlum deyil. Yalnız bir həqiqət danılmazdır: insan seçim etməkdə sərbəstdir, hansı normalarla yaşayır, yaşasın, amma bir kimsəyə ziyan verməsin – nə özünə, nə də başqalarına!..
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 May 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see329

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see309

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see306

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see255

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see250

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see211

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see199

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see197

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see186

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see184

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see182

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see180

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see175

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see175

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see172

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see168

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see167

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see167

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see162

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri