Icma.az
close
up
RU
Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır Şəhid anası çətin durumda

Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır Şəhid anası çətin durumda

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəhid Rəşid Həmidovun anası Tənzilə Həmidova adiyyatı qurumların onunla maraqlanmamağından şikayətçidir.
Demokrat.az xəbər verir ki,bu barədə o anews.az-a müraciətində bildirib.
“Hazırda mənə dövlət tərəfindən verilən bir otaqlı evdə yaşayıram. Mənimlə maraqlanan yoxdur. Borcum xərcim başımdan aşır. Tək anayam. Gözüm zəif görür. Oğlumdan sonra belə olmuşam. 11 min kreditimin 8 mini borc kimi qalıb.
Xəbərim olmadan yüksək faizlə kreditə imza atmışam. Ayda 344 manat kredit ödəyirəm. Yoldaşımdan ayrıldığım üçün dövlət tərəfindən verilən ödəniş yarıya bölünüb. Bir aydan o biri aya keçə bilmirəm. Soyducumda heç nə yoxdur. Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? Əvvəlcə gələn insanlar köməklik göstərirdilər. Özlərini reklam məqsədilə guya kömək edirlər, gəlib şəkil çəkdirirb, sonra gediblər. Sonra gələn olmadı. Mənim oğlum tək mənə görə şəhid olmayıb. Oğlum sağ olanda ən azından qazanırdı. O vaxt çox yaxşı dolanırdıq. Ölkədə dörd beş şəhid anasını çıxarırlar ortaya, guya hamısına qayğı göstərilir. Ancaq elə deyil”,- şəhid anası vurğulayıb.
Şəhid anası bildirir ki, iki deputat Müşfiq Məmmədli və Göydəniz Qəhrəmanova,eləcə də Siyəzən və Yasamal İcra Hakimiyyətlərinə müraciət etməsinə baxmayaraq onunla maraqlanan olmayıb.
“Oğlum Siyəzəndə qeydiyyatda olub. Bu günə qədər Siyəzənin deputatı gəlib mənimlə maraqlanmayıb. Bir dəfə Novruz bayramında köməkçisi ilə dörd-beş toyuq göndərib. Bir dəfə də Siyəzən İcra Hakimiyyətindən kartıma 200 manat göndərilib ki, oğlumun ilini keçirim. Yasamal İcra Hakimiyyətinə müraciət etsəm də mənə geri dönüş edilməyib”, – Həmidova qeyd edib.
Tənizlə Həmidova Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən də narazıdır. O vurğulayır ki, bu nazirlikdən 2-3 il öncə evinə baxış keçirilib ona kondisioner alınması ilə bağlı söz verilsə də bu söz olaraq qalıb.
Şəhid anası müraciət edərək kredtinin silinməsini və ona dəstək olunmasını istəyir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırmanın nəticəsi barəsində məlumat veriləcək.
Rəşid Həmidov oktyabrın 7-də Suqovuşan (Tərtər) rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub. Həmidov Siyəzəndə dəfn olunub.
Ona ölümündən sonra “İgidliyə” görə, “Laçının” azad olunması medalı, “Suqovuşanın” azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri